Dördüncü hissə, 25. Qırğı
Havalar yenicə qızmağa başlayanda komandirdən qəribə bir təklif aldım:
“İyunun əvvəli buralarda ol, səninlə vacib bir səfərim olacaq!”
Nə illah etsəm də, başqa heç nə demədi. Və elə bil, onun bu sirli sözlərinin mənasını öyrənməyim deyə qəza-qədər məni işə saldı. Dağdan yenərkən maşınımız xəndəkdən aşdı, altında qalmamaq üçün yana atıldım, üzüqoylu yerə düşdüm, qabaq dişlərimin ikisi qırıldı, qalanı zədələndi. Məni Bakıya hospitala yazdılar. Müalicə bir az uzun çəkdi. Qayıdanda iyunun ortaları idi. Komandir hərbi hissənin həyətində bir daşın üstündə oturmuşdu. Ona yaxınlaşdım. Əlini mənə uzatsa da, üzünü yana çevirdi.
“Həkimlər buraxmadı!” - az qala, yalvaracaqdım ona.
“İstəsən, gələrdin!” - üzümə baxmadan dilləndi, səsindəki soyuqluq içimi üşütdü.
“Allah haqqı, çox çalışdım, buraxmadılar!”
Susdu, amma yenə üzümə baxmadı.
Hospitaldan mənə verilən sənəd əsasında ordudan tərxis olunacaqdım. Axıracan aramızdakı buzlar ərimədi. Vidalaşanda da çox soyuq görüşdü. Mən də qüruruma sığışdırıb ona heç nə demədim. Çünki doğrudan da, həkimlər məni buraxmamışdı. Təkcə dişlərim qırılmamış, kəllə sümüyüm də zədələnmişdi. Düzdür, təkid etsəm gələ, bərk ayaqda qaça bilərdim. Ancaq onun məndən nə istədiyini və bu istəyi bir həftə sonra yerinə yetirməyin imkansız olduğunu bilmədiyim üçün müalicəni yarımçıq saxlamadım. Biləndə isə artıq gec idi. O, Murovdan Ağstafaya, ordansa Ağcabədiyə dəyişilmişdi. Bir gün görüşüb üzrxahlıq edəcəkdim.
Kitabxana.az · https://kitabxana.az/en/works/serif-agayar-komandir-dorduncu-hisse-25-qirgi
Use ← → keys to move, R for a random poem
More by this author
Heç nəyi vecimə almadan təzədən yatdım. Bir də komandirin səsinə ayıldım. Hava qaralmışdı və biz su şırnağı ilə Əyri yamaca qalxacaqdıq. Səfərovla Qarikin dava-dalaşı və mübahisəsini nəzərə almasaq, yaxşı istirahət eləmişdik. Dizimizə taqət, gözümüzə işıq gəlmişdi. Şırnağın ortasında təhlükəli bir keçid vardı. Ayağın sürüşsə, birbaş Qarikin bizi güllələmək istədiyi sal daşın yanınacan yomalanardın. Keçidə çatanda komandir bizi dayandırıb, Qarikin ipini Səfərovun toqqasından açdı. Dedi, özün keçəcəksən. O, Qarikin özünü qayadan atacağından şübhələnmişdi. Əgər Səfərova bağlı olsa, onu da özüylə dərənin dibinə yuvarlayar, yəqin, ikisi də o dünyalıq olardı. Səfərov belə incə şeyləri bilməzdi.Komandir keçidin tinindəcə Qarikə vəziyyəti başa saldı:
Üçüncü hissə, 18. KomandirNecə sıxmayım ürəyimi? Komandir rəhbərlik etdiyi qrupla birlikdə əlində üç girov hara getdiyini bilmir. Bilmir deyəndə, istiqamətin doğru olduğu mənə də aydındır, amma təkcə istiqamətlə deyil ki! Biz Allah ümidinə gedirik. Getdiyimiz yerdə nə var - bax, bilmədiyimiz budur!Tərs kimi, o biri uşaqlardan heç kim bu tərəfləri tanımırdı. Mazanov səhv eləsə, batardıq.
Üçüncü hissə, 19. Polkovnik NəbiyevErməni hərbçilərinin bu qədər əl-ayağa düşəcəyini gözləmirdim. Ən çox da Albert adlı o uşaqla maraqlanırdılar. Bir gün əvvəl biz onlara yalvarçı düşmüşdüksə, indi vəziyyət tamam dəyişmişdi. Uşaq deyirdilər, başqa heç nə demirdilər. Yalan olmasın, Kəlbəcəri geri istəsək, verərdilər. Uşağın kimliyi ilə maraqlandım və biləndə dəhşətə gəldim; alay komandirinin oğlu idi! Böyük Mərzəyə dayısıgilə qonaq gəlmiş, dayısı ilə birlikdə əsir düşmüşdü.Erməni hərbçilər belə bir şayiə yaymışdılar ki, guya bizimkiləri ora xüsusi hərbi vertolyot aparıb. Onlar kəşfiyyatçıların bu qədər dərinliyə gedib çıxmasına heç cür inanmır, başqalarının da inanmasını istəmirdilər. Bu, Kiçik leytenant Orucovun süngüylə göylərə yazdığı bir əfsanəydi.
Üçüncü hissə, 20. KomandirQərargaha çatan kimi qanım qaraldı. Xidmət rəisi Kapitan Rəşidovun sevinə-sevinə boynuma sarılması da kefimi açmadı. Hərbi hissənin növbətçisi mərkəzi qərargahdan məni axtardıqlarını söylədi. Getdim. Zəng edən generalın köməkçisi idi. Aramızda belə bir dialoq oldu:“Kiçik leytenant Orucov, yanınıza bir adam gələcək, onun uşağının adı sizin taqımda gedəcək. Nəzərə alarsan.”
Poems by other poets
Hər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Əsiri-möhnəti-hicran mənəm, mənƏsiri-möhnəti-hicran mənəm, mən,Qəribü zarü sərgərdan mənəm, mən.
İlin fəsilləri dörddürQar gedər, yer açılar,Göydən yağış saçılar,
VarƏziz dostum, bir ilqarın ucundan,Başı-candan, külli vardan keçən var.