Elə bu məqamdaca isti-isti etiraf edim ki, “kambriq”in hazırladığı əməliyyatdan ağlım bir şey kəsmirdi. Nəyə görə? Ermənilər altı nəfərin dumanda azıb əsir düşməsinə görə biz tərəfin əməliyyat keçirəcəyini bilirdi. Əməliyyat da nə olacaq? Müharibəyə başlayası deyildik ki! Girov gətirib əsgərlərlə dəyişəcəkdik. Ona görə təmas xəttini gücləndirmiş, ehtiyat tədbirlər görmüşdülər.

Görünür, Polkovnik Nəbiyev mənim könülsüz olduğumu hiss edib bölük və taqım komandirləri ilə görüşdə iştirak etməyimi məsləhət bilmədi. Dedi, icazə ver, onları sənsiz, özüm qəbul edim. Dedim, buyur. Onlar söhbət edəndə mən qərargahda, öz iş otağımda gözləyirdim.

Orucov əməliyyata çox həvəsliydi. Lakin onun kimi bacarıqlı bir kəşfiyyatçının da Kəlbəcər üzə keçib girov gətirəcəyi inandırıcı görünmürdü. Mənə qalsa, bir az vaxt keçməliydi. Polkovnik hirslənmişdi. Hirsli zabit, nə qədər təcrübəli olur-olsun, düzgün qərar verə bilməz. Təbii ki, susurdum və onun əmrlərini müzakirə etmək səlahiyyətim yox idi. Yalnız məndən fikir soruşduğu zaman nəsə deyə bilərdim.

Polkovnik Nəbiyevin tapşırığı əsasında əməliyyat planını hazırladıq, Karta Sabir hərbi təxəyyülümüzü öz xəritəsində səliqəylə əks etdirib qrup rəhbərlərinin hərəsinə bir nüsxə verdi. Əməliyyat planına görə Abdinov və Orucovun rəhbərliyi ilə iki qrup yaradılacaq, birinci qrup şərq, ikinci qrup qərb istiqamətindən Kəlbəcərə adlayacaq. Məqsəd girov gətirməkdir. Hərbçi də ola bilər, mülki şəxs də.

Komandirlərə sonuncu tövsiyəmi verib uğurlar arzuladım, onları bölüyə yola salıb özüm qərargahda qaldım. Hər iki əməliyyata rəhbərlik etmək üçün gecə bölüyə qalxacaqdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 53. Sevinc

Onunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:

20181 min
Dördüncü hissə, 54. Komandir

Bir göz qırpımında on-on beş atəş açılır, zülmətin bağrıyla uçuşan odlu mərmilər, az qala, havada toqquşurdu. Əvvəlcə üstümüzə gələn zirehli texnikanı, ardınca piyadaları atəşə tuturduq. Səngər düşmən tərəfdən yaxşı möhkəmləndirilməmişdi, mövqe tutmaq asan deyildi. Yenə də kürəyimizi yamaclara söykəyib müqavimət göstərirdik. Özümü Murovun başındakı səngərini axıracan tərk etməyən Cabir kimi hiss edirdim. Sinəm fəxrlə qabarırdı.“Geri çəkilmirik!”

20181 min
Dördüncü hissə, 55. Xanı

Uşaqlara dedim, gözdə-qulaqda olun, belə geniş miqyaslı döyüşlər başlaya, komandir orda olmaya? Hökmən xəbər çıxacaq. Adam bilsə köməyə ehtiyacı var, bir dəstə düzəldib gedər.

20181 min
Dördüncü hissə, 56. Komandir

Əvvəl yandım, sonra göynədim, axırda ağrıdım. Nəfəsim sinəmə tıxanıb qaldı. Aləm yavaş-yavaş qaraldı. Müharibənin alovları söndü, səsləri kəsildi, yalnız Murova tərəf dikələn, bir az da Yeddixırmana bənzəyən, bəlkə də, Yeddixırmanın özü olan qarşı dağın başında bir ovuc işıq qaldı. O işığı görən kimi tanıdım; mənim gümüşü işığım...

20181 min

Poems by other poets