Kapitan Rəşidov qayğılıydı. Deyəsən, işi bacaracağımıza inanmırdı. Əməliyyat planını hazırlayandan sonra səsindəki yorğunluq diqqətimdən qaçmadı:

“Uşaqlar, yəqin, Polkovnik Nəbiyev özü sizə deyib, nə edirsiniz-edin, atəşkəs pozulmasın. Unutmayın, kəşfiyyat əməliyyatı briqada komandirinin, atəşkəsə diqqət etmək baş qərargahın tapşırığıdır.”

Atəşkəslə bağlı tapşırığın belə israrla, dönə-dönə verilməsinə təəccüb edirdim. Biz atəşkəsi necə təmin edə bilərdik? Düşmənə görünməməklə. Bunu onsuz da əlimizdən gəldiyi qədər edirdik. Axı görülmək, fərq edilmək, açığa çıxmaq kəşfiyyatçının ölümü deməkdir. Allah eləməmiş, mühasirəyə düşsək, istər-istəməz atışmağa məcbur qalacaqdıq. Yoxsa bu tapşırıq o demək idi ki, sizi görsələr, köməyinizə gəlməyəcəyik?

İçimdə mübhəm bir ağırlıq vardı. Murovun yaxasında gümüşü işığı axtardım. Yox idi. Hava qaraldıqca dağlar adamın üstünə gəlirdi. Yorğun olsam da, dincəlməyə vaxt tapmadım. Gizir Səfərovu çağırıb, kəşfiyyata gedən əsgərləri toplamasını tapşırdım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, 42. Komandir

Qara pişik ağız atıb sağ biləyimdən bir tikə qopartdı, onu yumruqlarımla qovmaq istəyəndə bir də ağız atdı, bir tikə də sol biləyimdən qopartdı. Silahımı axtardım, tapmadım. Silahımı axtarınca çiynimdən də bir tikə qopartdı. Onacan silahı tapdım, ayağa verib tətiyi çəkdim, açılmadı. Pişik ağzını daha sərt açıb, daha cəld hərəkətlə sinəmdən bir topa ət qoparıb geri sıçradı və qaranlıqda yox oldu. Nə qədər çalışırdım, bədənimdən axan qanı saxlaya bilmirdim. Qan bir yerdən yox, dörd yerdən axırdı. Burdan tuturdum, ordan axırdı, ordan tuturdum, burdan...

20181 min
Dördüncü hissə, 43. Sevinc

Onu bu vəziyyətdə görəndə dəli oldum. Çox ağır günlər yaşamışdı, lakin bu qədər sarsıldığı olmamışdı. Üstü-başı qanın içindəydi.“Öz əlimlə yola saldım! Öz əlimlə! Dörd meyiti birdən qoydum maşına! Onları qoruya bilmədim!” - evdə vargəl edirdi.

20181 min
Dördüncü hissə, 44. Komandir

Müharibə başlamışdı. Nəhayət, arzuladığım gün gəlmişdi. Ağdamın üstünə azadlıq yürüşümüz başlayacaqdı. Briqadanı hücuma hazır vəziyyətə gətirmişdim. Gecə silahsız pusquya düşüb şəhid olan istehkamçıların da qisasını alacaqdıq.Fəqət korpusdan başqa söz dedilər; atəşkəs bərpa olunmuşdu! Ardınca məni mərkəzə çağırdılar. Danışıqlarından belə anladım ki, yerimi dəyişmək istəyirlər. İstefa ərizəmi yazmalıydım.

20181 min
Dördüncü hissə, 45. Mayor Poladov

İstehkamçılar gecə yarı qayıdanda pusquya düşmüşdülər. Örtülü “Zil” maşının içində on bir nəfər olublar. Ermənilər maşını atəşə tutub, sürücü qoçaq tərpənib, sükanın arxasında əyilərək maşını sürətlə sürüb aradan çıxarıb.Orucov belə pusqulardan qorxsaydı, istehkam tikintisində birbaşa iştirak etməzdi. Elə olurdu, traktorçunu ürəkləndirmək üçün onun yanına otururdu. Əslində, briqada komandirinin həyatını bu cür təhlükəyə atması doğru deyildi. Amma o edirdi. Əminəm, istehkamçılara hücum olacağını bilsəydi, əlinə silah alıb təkbaşına onların müdafiəsinə gedərdi.

20181 min

Poems by other poets