Bir bilmədim axır niyə bu qaş gözə gəldi,Çıxsın gözü, əğyar gözündən gözə gəldi,

Derlərdi vücudi-dəhəni-yar ədəmdir,Ol nöqteyi-sərbəst açıldı, sözə gəldi.

Tiğ etdi xətin pak üzündən o nigarın,Əlminnətü-lillah, gecəmiz gündüzə gəldi.

Dil ruzi-ələst etdi qəbuli-qəmi-eşqin,Nasutə qədəm qoydu, bəlayə dözə gəldi.

Tar eyləyən ol ayinəni dudi-dilimdir,Sən böylə xəyal etmə ki, xəttin üzə gəldi.

Tufani-sirişkim çəkilib ruyi-zəmindən,Gördükdə onu Kuhkən indi düzə gəldi.

Gördü ölürəm həsrəti-çeşmindən o şuxun,Sormağa qəmim, çeşmi-xumarım sözə gəldi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Bir söz, yüzə gəlməz sənə ol şahidi-məqsud,Seyyid, tutalım sali-həyatın yüzə gəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love