Belə nağıl edirlər ki, Nuşirəvan əvaili-səltənətində eyşü işrətəməşğul olub, rəiyyətpərvərlik zövqündən qafil idi. Onun həmsayəli-yində bir şəxs var idi. Kərəmü səxavətdə məşhur idi və mehmanamüraat etməkdə, ehsan-əltafda məzkur idi. Nuşirəvan onu imtahan etməküçün bəzirgan libası geyib onun evinə getdi. Ev sahibi onu tanımadı;amma necə ki onun öz adəti idi, onu mehman edib, ziyafəti-təmam vəmahəzəri-malakəlam tərtib etdi. Bir otaqda nişimən etmişdilər ki,onun ğürfələri o kişinin öz bağına açılmışdı. Lətif olan meyvələr rəsidəolmuşdu. Nuşirəvan məclis tamam olandan sonra ki, durub gedəcəkdi,dedi ki, ey xaceyi-mehman-nəvaz, mən bir sövdagərəm, sənin səxavətvə cavanmərdligüvün avazəsin məsmu etmişdim, ondan ötrü sənəzəhmət verdim. Yüz guş etdiyimdən əlasanmış. İndi xudahafiz vəxaneyi-ehsanın abad, gedirəm. Buyur ki, sabah səninçün karvansaradannə irsal edim?Dedi: – Ey əziz olan mehman, dövlətindən cəmi əsbabi-mayəhtacmühəyyadır. Əgər sənin üçün məqdur olsa, mənə bir qədər təzə əngurgöndərəsən.Nuşirəvan dedi ki, sənin bağında üzüm çoxdur, nə səbəbə yemirsən?Dedi ki, ey bəzirgan, bizim padşahımız bir zalım və qafil olanpadşahdır, rəiyyət qəminə qalmaz. Xalqın əngur bağları yetişibdir,hələ bir kəs yəqin eləməyibdir ki, padşahın “üşr malın” aparsınlar.Hərçənd ki, sairlər mülahizə etməyib əngur tənavül edirlər, ammamən məhruməm. Ol cəhətdən ki, padşahın haqqı bu bağda var, hənuzməndən “üşr malın” almayıblar. Əgər bəndə verməmiş əngur yesəm,padşaha xəyanət eləmiş ollam. Mənim məzhəbimdə xəyanət və bidə-yanətlik haramdır. Hələ ki taklərdə qora əmələ gəlir, bağın qapısınbağlayıb möhr elərəm, qoymaram ki, heç afəridə bağa daxil olsun ki,bir gilə üzüm yesin. Ta vəqta ki, padşahın əmələcatı öz üşr məxsus-ların aparırlar, ol vaxt mən əlimi üzümə uzadıram.Nuşirəvan bu hekayəni guş etdi, hay-hay ilə ağladı. Dedi ki, olpadşahi-zalım və qafil mənəm. Sənin dəyanətin məni xabi-qəflətdənbidar etdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise