Bir nəfər şəxsi-sadeyi-BərməkŞəhrdən gəldi aldı bir eşşək.Çəkdi əfsarin, oldu rahə rəvan,İki əyyar nagəh oldu əyan.Birisi tutdu söhbətə ani,Açdı yol üstə nəqli-tulani.Biri eşşəkdən aldı əfsari,Başına ta ki saldı əfsari.Düşdü dalınca anın oldu rəvan,Bu elə bildi kim, gəlir heyvan.Gəldi ol eşşəyi apardı rəvan,Eylədi bir təvilədə pünhan.Bir qədər rah getdi ol sadə,Dalına baxdı bir o əsnadə,Gördü kim, eşşəyi olub insan.Bir zaman qaldı valehü heyran.Düşdü əyyar onun əyağinə,Soluna keçdi, gah sağinə.Ərz qıldı ki, ey fəriştəliqa,Canım olsun qədəmlərüvə fəda!Sən nə xoşyümni-şəxsi-valasən!Xızrsan, yoxsa kim, Məsihasən?Dedi: – Mən əvvəli bir adəm idim,Mən də sən kimi bir mükərrəm idim.Var idi məndə bir himari-xidam,İşlədərdim onu qapımda müdam.Gəlsə sudən, gedərdi tez oduna,Gündə nökərlərim döyüb buduna,Gündə yüz yol vurardılar dəyənək,Sağrısı sərbəsər olub döyənək.Nə tumari, çulu, nə arpası,Görməyib arpa hiç torbası.Gecə gər görsə göydə kahkəşan,Özünə binəva bilərdi saman.Görməyib axurunda hərgiz cov,Dalı yağır, dəxi ayağı cidov.Bəs ki zəhmətlə dərdnak oldu,O himar aqibət həlak oldu.Bu mükafat üçün cahanda xudaMəni etmişdi eşşək, ey ağa.Neçə illərdi kim, bu halətləEşşək idim həzar zəhmətlə.Sən ki, oldun mənim xəridarım,Səndən iqbalə döndü idbarım.Sən ki, aldın məni-günəhkari,Əfv edibdir günahımı tari.Yenə lütf etdi surəti-insan,Oldum insan, ey fəriştənişan.Sənə mən indi zərxərid, qulam,Qul desən qul, oğul desən oğulam.Dedi ol sadədil ki, ey heyvan,Çün səni əfv edib xudayi-cahan,Yenə verdi əzəlki surətüvü,Lütf qıldı haman fərasətüvü.Get, səni mən də eylədim azad,Etmə bir eşşəyə dəxi bidad.Aldı əfsarını, rəha qıldı;Ona əyyar çox dua qıldı.Dedi: – Yarəb, əziz hörmətinə,Xəri-ehyasının kəramətinə,Get, görüm həqqi-həzrəti-İsaSəni eşşəksiz etməsin mövla!Ol biri gün ki, sübh oldu əyan,Dolub eşşəklə çarsuyi-cahan.Yenə həngami-sübh ol dehqanEşşək almağa oldu şəhrə rəvan.Yenə şəhr içrə gördü ol minval,Satır əvvəlki eşşəyi dəllal.Gedib ol eşşəyin qabağinə,Dedi ağzın qoyub qulağinə:Adəm idin dünən ki, sən bişək,Yenə oldun bu gün neçün eşşək?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets