Bir şahənşahi-asimandərbarEtdi fəsli-şitadə əzmi-şikar.Gecə düşdü uzaq imarətdən,Ehtiyat eylədi mərarətdən.Gördülər var xaneyi-dehqan,Meyl qıldı o xanəyə soltan.Dedilər: – Ey şəhi-büləndəxtər,Beyti-dehqanı şah edərmi məqərr?Şahsən, qeyrə iltica etmə,Mənzilin xaneyi-gəda etmə.Burda xeymə quraq, yaxaq atəş,Dəfi-sərma qılar meyi-biğəş.Qurdular xeymə, tutdular aram,Mərdi-dehqanə oldu hal elam.Bir qədər mahəzər qılıb saman,Gətirib ərz qıldı: – Key sultan.Gər olaydın bu bikəsə mehman,Şənüvə yetməz idi bir nöqsan.Qoymadılar bu qövmi-danişmənd,Qədri-dehqan ola cahanda bülənd.Gəldi çün padşahə xoş bu kəlam,Köçdü, anın evində qıldı məqam.Sübh çün yetdi növbəti-nehzət,Verdi dehqanə nemətü xələt.Qıldı dehqan müşayiət şahi,Dedi: – Ey bürci-izzətin mahi,Qədri-sultanə yetmədi nöqsan,Oldu gər bir əkinçiyə mehman.Leyk dehqanın oldu qədri bülənd,İltifat etdi şahi-dövlətmənd.Yetdi dehqan bu feyzi-üzmayə –Ki, hüma saldı başına sayəBir daşı rəşki-ləli-nab etdin,Zərrəni misli-afitab etdin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise