Bir nəfər şəxs mənsəbi-vəzarətə nail oldu. Onun bir nəfər qədimi
dostu var idi. Mübarəkbad üçün onun hüzuruna gəldi. Sahib-mənsəb
ondan sual elədi ki, sən kimsən və nə üçün təşrif gətirmisən?
Onun dostu şərməndə oldu. Dedi ki, məni tanımırsan? Mən sənin
filan dostunam, əyadət üçün sənin yanına gəlmişəm. Çünki belə eşitdim
ki, sən mənsəbə çatandan sonra kor olmusan.

Fərd

Mirati-dövlətin bu da bir sirri-mübhəmi:
Məsnəddə aşinaları biganə göstərir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets