Bir nəfər sünnü ilə bir şiəHədəf olmuşdu tiri-təşniə.Yol gedirdilər ol iki əhməq,Nagəhan çıxdı bir böyük xəndək.Xandəyin ərzi çox ziyadə idi,Bu iki mərd həm piyadə idi.Dedi sünnü: – De “ya Əli”, tullan,Ta görüm lütf edər şəhi-mərdan?Şiə bir “ya Əli” çəkib o zaman,Xəndəyi keçdi bərq tək pərran.Dedi: – Keç, sən də bəs çağır Öməri,İstə imdadüvə o rahbəri.Sünnü də “ya Ömər” qılıb ünvan,Arxı tullanmaq istədi, o zamanDüşdü ortasına o sünnü rəvan.Sünnüyə şiə oldu tənəzənan.Dedi ki, ey fəqiri-üftadə,Gəlmədi Həzrəti-Ömər dadə?Dedi sünnü: – Deyil müqəssir Ömər,Xəndəyi gen qazıbdı bu kafər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets