Bir nəfər şiə ilə bir sünniBir-birindən acıqlı, həm kinni,Bir yol ilə gedirdilər, o zamanNərdban qoydular yola xəndan.Göftguyə çün etdilər rəğbət,Çəkdi nazik yerə o dəm söhbət.Dedi sünnü ki, bəs Ömər həqdir,Ona töhmət qılan kəs əhməqdir.Odu sərxeyli-əfzəli-əshab,Adili-əsr, zadeyi-Xəttab.Dedi şiə ki, bəd peyğəmbərHamının əfzəli olub Heydər.Elm şəhri rəsuli-Bəthadır,Babı ol şəhrin səfaradır.Xüləfa tutmayıbdır hörmətini,Qəsb ediblər onun xilafətini.Dedi sünnü ki, olmasaydı Ömər,Aça bilməzdi dini peyğəmbər.Çün Ömər dini-həqqə yar oldu,Dini-islam aşikar oldu.Fatehi-din Ömərdü nuri-cəli,Ola bilməz o şahə misl Əli.Ömərin tayı dəhrdə yoxdur,O əzizin fəziləti çoxdur.Həq Ömərləndü, həm Ömər həqdir,Aləm içrə bu söz mühəqqəqdir.Gərm idi bəhsdə bular, əmmaNagəhan bir nəfər olub peyda.Dedilər, gəl tutaq həkəm bu kəsi,Ta görək kimdi din dadrəsi.Dedilər ey rəşidi-danişvər,Əli əfzəldi, söylə, yoxsa Ömər?Çəkibən ah ol bülənd cənab,Onlara verdi ta bu növ cəvab –Ki, müqəssir Əlidir, ol mövlaO yədullahi-xaliqi-əşyaNeyçün axır yaratdı kim, ÖməriÖzünə dəydi aqibət zərəri.Oldu onlara teyyibü tahir,Əliallahi olduğu zahir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets