Sünnü ilə şiə
Bir nəfər mərdi-şieyi-xülləs,Şiəlik zati-pakına müxtəs –Ki, aparmışdı dən dəyirmanə,Çatmış idi ulağə mərdanə.Palçığa batdı yolda ol eşşək,Tayları düşdü palçığa bişək.Bir tayın zor ilə çıxartdı özü,Bir tayının qalır dalınca gözü.Nə qədər “ya Əli” deyib çəkdi,Çıxmadı tay, palçığa çökdü.Ta ki bir sünniyi-qəviəzaOldu bu macəra-ara peyda.“Ya Ömər” sövtünü bülənd etdi,Zor edib tayı laydən götdi.Necə gördün, dedi, kişi, Öməri,O imami-hümamü rahbəri?Şiənin oldu rəngi gülnari,Üzünə vurdu qəlbinin nari.Cünbüşə gəldi cisminin qanı,Açıban layə tökdü buğdanı.Dedi: – Olsun mənə həram o çörək –Ki, Ömərdən ola bu çöldə kömək.
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-sunnu-ile-sie
Use ← → keys to move, R for a random poem
More by this author
Şivəsi gah qəzəb, gəh rəvişi naz olsun,Təki bəzmimdə mənim bir büti-tənnaz olsun.
Cəm ikən rüxsarüvə zülfün pərişan eylədinCəm ikən rüxsarüvə zülfün pərişan eylədin,Məndən ey gül, ol cəmalüllahı pinhan eylədin.
İstərsən əgər, ey dili-şeyda, fərəh olsunİstərsən əgər, ey dili-şeyda, fərəh olsun,İç dilbər ilə sağəri-səhba, fərəh olsun.
Ey həmnişin ki, sən mənə qəmxar olmusanEy həmnişin ki, sən mənə qəmxar olmusan,Zənnim budur rəqibi-məni-zar olmusan.
Poems by other poets
پس برای خوردن خوان تو مهمانم فرست
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Get, gülüm, get mənə sən can olasan, istəmirəmGet, gülüm, get mənə sən can olasan, istəmirəm,İşvəli, sevgili canan olasan, istəmirəm!