Daryaş girdi Əkbitənə toplumla,Vergi, sıxı Başbaşevdən gələndir.Dedi: – Bizim olacaqdır Əkbitən,Vergi, sıxı Başbaşevdən gələndir.

Dedi: – Yaxşı yaraqlanıb Parsdiyar,Çıxsın mənim qabağıma oğullar,Uğureldə dördün birdən doğurlar,Vergi, sıxı Başbaşevdən gələndir.

Tutulmuşdu Əkbitənin yarısı,At yolunun,ev yolunun hamısı,Ona yardım olub Alpis tanrısı,Döyülməkdə Ağüz şahın qapısı,Vergi, sıxı Başbaşevdən gələndir.

Hanı, çıxsın ortalığa Başbaşı,Oğulları soylarıyla yanaşı,Sanna qıza sevgiləri qarışıb,Sevib qızı alçaltdılar balaşqı,Dörd qardaşlar bir-biriylə dalaşır,Vergi, sıxı Başbaşevdən gələndir.

At çapırdı Daryaş basarsayağı,Yerlilərsə alıb daşı, çomağı,Daşlayırdı çağrılmamış qonağı,Alpis isə görünməzdir, bayağı,Yandırırdı qorla evi ocağı,Vergi, sıxı Başbaşevdən gələndir.

Şimşəkquyruq od tökürdü yollara,Daryaş isə kül səpirdi yallara,Od vururdu ağaclara, kollara,Yazqabağı çiçəklənən xollara,Vergi, sıxı Başbaşevdən gələndir.

Çıxdı Ağüz nərildədi bağırdı,Yaraqlanan el-obanı çağırdı,Dedi: – Bunlar toplum deyil,naxırdı,Acıq onu boğazlayıb boğurdu,Əkbitəndə bağırtılar doğurdu,Vergi, sıxı Başbaşevdən gələndir.

Ağüz,Daryaş qılınclaşdı iki gün,Alpis saldı çox işlərə sap, düyün,Çay, bulaqlar qurudular büs-bütün,Vergi, sıxı Başbaşevdən gələndir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets