Anakarın ölüm söylənci
Balasq, Yunan, Filip bir də İskəndər,Dəyişilir dünya özü bilmədən.Şair gəlib çatdı axır Yunana,Dəyişilir dünya özü bilmədən.
Getdi şeir məclisinə Anakar,Hamı onun gəlişinə intizar,Tanınmışdı şair,-Tiran, Mindiyar,Dəyişilir dünya özü bilmədən.
O, Sərtüzdən, “Avesta”dan danışdı,Sonra şeir-şairlərlə yarışdı,Tənqid oldu, üzü, alnı qırışdı,Hamı ondan Turqu, Tunqu soruşdu,Dəyişilir dünya özü bilmədən.
Dedi: – Tunqər qayıtmadı səfərdən,Dedilər ki, zəhərlənib zəhərdən,Sarsılıbdır Turan bu son xəbərdən,Dəyişilir dünya özü bilmədən.
Yürüş edir İran tez-tez Turana,Gah bu çıxır, gah o çıxır meydana,Güc veriblər qırğın ilə talana,Dəyişilir dünya özü bilmədən.
Biri dedi: – Şair, heç də darıxma,Iran, Turan deyib belə qızıxma,Güc gözləmə daha Turqər yazıqdan,Dəyişilir dünya özü bilmədən.
Yürüşdədir Filip oğlu İskəndər,İran, Hind, Çin fəth olacaq sərasər,Fatehlikdir şərqə doğru bu səfər,Dəyişilir dünya özü bilmədən.
Siz Filipi iki dəfə qovubsuz,Yaralayıb, üz-gözünü ovubsuz,Yunanlıları döyüb, lağa qoyubsuz,Dəyişilir dünya özü bilmədən.
Görəcəksiz İskəndərin gücünü,O alacaq atasının öcünü,Görəcəksən çox ölkənin köçünü,Yiyəcəksən acığından içini,Dəyişilir dünya özü bilmədən.
Dedi: – Anam buralıdır, Mariya,Yüz beş olub yaşı, dönüb qarıya,Sən düşübsən çəpər kimi araya,Dəyişilir dünya özü bilmədən.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-anakarin-olum-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Küsgün görkəm alıb Parsel, Parsdiyar,Tüstü olmur ac-yalavac yerlərdə,
Buzər söylənciBuzər idi başev adı axsaqın,Basar olar kim özünə inansa.
Qurdağız söylənciOn il keçdi, yaşa doldu Qurdağız,Ana südü dib daşıdır körpəyə.
Muğdiyar söylənciƏkbətəndən Buzboğaza bir ay yol,Əl çatmazdır ölkə böyük olanda.
Poems by other poets
Neyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
Kainatın varlığından mənə sən şafi yetərKainatın varlığından mənə sən şafi yetər,Qibleyi-mehrabı, cana, qaşının taqi yetər.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Qara heyQul Qaranı:*Əlif-bey içində, hərf arasında,