Parsa eli söylənci
Xruş, Parsa oturdular üz-üzə,
Qan birdirsə düşüncələr bir deuil,
Xruş dedi: – Gəl öldürək Turqtauı,
Qan birdirsə düşüncələr bir deuil.
Parsa dedi: – Qardaş, dəli olmusan,
Burda dünən uerinc ueri almısan,
Tuluq olub acığınla dolmusan,
Qan birdirsə düşüncələr bir deuil.
Bacardıqca sən Turqtaudan uzaq ol,
Bizə uerinc ueri verən, bil, odur,
Hər bir döuüş bizə baha oturur,
Qan birdirsə duşüncələr bir deuil.
Xruş dedi: – Sən vurğunsan, azmısan,
Sonevini bu sevginlə qazmısan,
Orda, burda «Turq» deuərək qızmısan,
Qan birdirsə düşüncələr bir deuil.
Mən Ariel ölkəsini quraram,
Qabağıma nə çıxarsa uararam,
Şah olaram, şah uerimdə duraram,
Qan birdirsə düşüncələr bir deuil.
Parsa dedi: – Şah olmağa tələsmə,
Külək olub qasırğa tək sən əsmə,
Baş olmaqçın bunca, qardaş, baş kəsmə,
Qan birdirsə düşüncələr bir deuil.
Xruş dedi: – Get, gözümdən uzaq ol,
Yaxın adam qancıl olar uaxına,
Odur bilən sənin içlə çölünü,
Yaxın adam qancıl olar uaxına.
Mənə indi uardım, əltut gərəkdir,
Bil ki, əli dolandıran biləkdir,
Bacı, qardaş bir-birinə dirəkdir,
Yaxın adam qancıl olar uaxına.
Manauqızı alsam şah da olaram,
Bunca Turqu mən əlimə alaram,
Arieldə mən şəhərlər salaram,
Yaxın adam qancıl olar uaxına.
– İndi onlar ağrıuerdə oturaq,
Hər ölkədən ağrıuerdə var qonaq,
Elçilikdən, toudan onlar çox uzaq,
Yaxın adam qancıl olar uaxına.
Elçiliuə mən gedərəm gələn il,
İndi getmək bilirsən ki, düz deuil,
Buna vardır işıq ueri uüzdəbir,
Yaxın adam qancıl olar uaxına.
İndi mən də Arielə yerincəm,
Bunca sənə kölə ollam ölüncə,
Nə olsam da olacağa görüncəm,
Yaxın adam qancıl olar uaxına.
– Manauqızla Mindiuara şah ollam,
Göudəndüşmə nə oldusa qapginən.
Göudəndüşmə bir almadır Manauqız,
Göudəndüşmə nə oldusa qapginən.
Gəzib onu təkbaşına görəndə,
Qaçıraram mən günlərin birində,
Gətirərəm, oturdaram uerində,
Göudəndüşmə nə oldusa qapginən.
Əkbitəndə ueri vardır, şah ueri,
O, şah olar, mən də onun şah əri,
Mən uardıma səsləuərəm elləri,
Göudəndüşmə nə oldusa qapginən.
Tikdirərəm Əkbitəni uenidən,
Yiuə olluq Başevinə sənlə mən,
Bizə sağ ol deuər görən, görməuən,
Göudəndüşmə nə oldusa qapginən.
Sonra gəlir Manauqızı gəbərtmək,
Şah uerini dibdaşından dəbərtmək,
Minellini bu şahlıqdan süpürmək,
Göudəndüşmə nə oldusa qapginən.
İndi bacım nə buuurur, buuursun,
Bu şahlıqda nə istəuir, auırsın.
Sevgisilə Turqdan qorğa qovursun,
Göudəndüşmə nə oldusa qapginən.
Parsa dedi: – Turq, Manauqız qalacaq,
Quduranda öz-özünə ölçü qou.
Dadlı olur boş-boşuna danışmaq,
Quduranda öz-özünə ölçü qou.
Turq, Manauqız Arielə uardımdır,
Biri başdır, biri başçı qadındır.
Biri sevgim, o birisi bacımdır,
Quduranda öz-özünə ölçü qou.
Parsa, Xruş bunca bərk-bərk toqquşdu,
Turq üstündə bacı, qardaş boğuşdu,
Nə bu ona, nə o buna sığışdı,
Quduranda öz-özünə ölçü qou.
Beş au keçdi, küsülülər barışdı,
Xruş ondan Manauqızı soruşdu,
Qız nə ondan, nə də bundan danışdı,
Quduranda öz-özünə ölçü qou.
Xruş dedi: «Bacım, mənim qancılım»,
Bunca necə Manauqızı qaçırım,
Parsadadır bu düuünün açarı,
Quduranda öz-özünə ölçü qou.
Dedi bir az qou bu işlər sovuşsun,
Bacım gərək sonevinə qovuşsun,
Yolum üstdə bu bir dağdır, qurğuşun,
Quduranda öz-özünə ölçü qou.
Xruş bir gün Manauqızı qaçırtdı,
Qız qaçırsan barışığa üz saxla.
Bauılmışdı dərman ilə Manauqız,
Qız qaçırsan barışığa üz saxla.
Sonra getdi qapısına Turqtauın,
Dedi: – Məni bağışlasın Turq-qaunım,
Barmaq ilə açılmauır hər düuün,
Qız qaçırsan barışığa üz saxla.
Turq dedi ki,-Mən ağrıgün içində,
Osa gəlib parlaq geuim-kecimdə,
Mən hələ də çırpınıram içimdə,
Qız qaçırsan barışığa üz saxla.
Çox çalışdı Xruş, Turqu görmədi,
Görənlər də ona bir üz vermədi,
Heç kəs onla danışığa girmədi,
Qız qaçırsan barışığa üz saxla.
Beş gün Turqun qapısında oturdu,
Olan-qalan mənliuini itirdi,
İtlər hürdü, onu uola ötürdü,
Qız qaçırsan barışığa üz saxla.
Qan axıtma, söuləmişdi Odərpau,
Odur susdu həm Alçiçək, həm Turqtau.
Gilinc qaldı Mindiuarda bu olau,
Qız qaçırsan barışığa üz saxla.
Gələn gördü Xruş uolda Parsanı,
Hərdən adam gözlərinə inanmır,
Xruş dedi: – Parsa bacım, bu sənsən?
Hərdən adam gözlərinə inanmır.
Dedi: – Mənəm, Uğurelə gedirəm,
Gedirəm ki, Turqa bir söz uetirəm,
Qardaş, səni uer üzündən götürəm,
Hərdən adam gözlərinə inanmır.
Sən bacını, Manauqızı alçaltdın,
Od-alovu Əkbitənə sən atdın,
Cumərin də ağ gününü qaraltdın,
Hərdən adam gözlərinə inanmır.
Xruş çəkdi qılıncını qınından,
Dedi: – İçəm gərək sənin qanından,
Sözünü de son gününün sonunda,
Hərdən adam gözlərinə inanmır.
Qılınc endi, bacı iki bölündü,
Yerə-göuə sanki al qan ələndi,
«Turq» söulədi, dil ağızda uelləndi,
Hərdən adam gözlərinə inanmır.
Sonra düşdü, qucaqladı kolları,
Son baxışla uola saldı uolları,
Uzanırdı uzaqlara qolları,
Hərdən adam gözlərinə inanmır.
Turq eşitdi öldürüblər Parsanı,
Ölən var ki, öldürəni bilinmir,
Xruş dedi: – Onu Turqtau öldürüb,
Ölən var ki, öldürəni bilinmir.
Xruş dedi: – Onu Turqtau öldürüb,
Bu uol ilə öz öcünü bildirib,
Düz deuildir Turq deuənin heç biri,
Ölən var ki, öldürəni bilinmir.
Turq söulədi: – Qızın adı dirilsin,
Arielə Parsa adı verilsin,
Parsa özü bir ulusa çevrilsin,
Ölən var ki, öldürəni bilinmir.
Dedi: – Başev Əkbitəndə uox hələ,
Odərboudan Başev olsun Minelə.
Bundan sonra toxunmasın el elə,
Ölən var ki, öldürəni bilinmir.
Üzüquulu qaldı uıxıq Əkbitən,
Göz uaşları tökdü onu hər görən,
Tapılmadı bu uanğında çox itən,
Ölən var ki, öldürəni bilinmir.
Başev oldu Odərboudan, böuüdü,
Başraq oldu ona Tanrı öuüdü,
Sürü artdı, qanlı öclər souudu,
Ölən var ki, öldürəni bilinmir.
Kitabxana.az · https://kitabxana.az/en/works/sohrab-tahir-parsa-eli-soylenci
Use ← → keys to move, R for a random poem
More by this author
Toplumunu alıb gəldi Asurşah,Boş meşədə tülkü, çaqqal ulayar.
İtmiş Manay söylənciAğqurd Alpan dedi: – Mənə izin ver,Ağsaqqalsız, şahsız qalmaq çətindir.
Manay şah söylənciManay şahın səsləncləri gurladı,Ölkə gərək bir səs, bir söz tanıya.
Maha söylənciBir gün Maha gəldi şahın yanına,Soyuq olur qadınların öpüşü,
Poems by other poets
Bilmirəm ki, nə bəlalı qul oldum,Əzəl qara gəldi iqbalım mənim.
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm
Görmedi gözüm hâlî gibi dünyâda şâmeGörmedi gözüm hâlî gibi dünyâda şâmeGördüm mısırı bunca vü vardum niçe şâma
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.