Çapar Məmalik xana xəbər gətirdi ki, Həlaku xan öz əyan-əşrəfi ilə, qızınız Ərmağanla, Ərşad, Gurşaddan başqa xırda nəvələrinizlə bahəm xanzadənin mübarəkbadlığına gəlir. Bu xəbər Məmalik xanın ovqatını qarışdırdı. İndi Məmalik çapara nə desin? Desin ki, birbaş geri dön, öz xanına bildir ki, hansı yolla gəlibsə, o yolla da üztüstə geri dönsün!..

Məmalik Həlaku xanı qəbul etməyib, onu öz yüklü dəvələri ilə geri qaytara bilərdi. Bu, aydındı, heç kəsə də dəxli yox idi. Ancaq icma qarşısında özünün yeganə qızını qapıdan qaytarmaq, atasının belindən gələn körpə qardaşının mübarəkbadlığına gələn böyük övladını evinə buraxmamaq müşküldən də müşkül idi!.. Onda Məmalik xan diləağıza düşərdi, deyərdilər ki, qocanın başı doğrudan da xarab olub. Başqa xanlar arasında müxtəlif şayiələr yayılardı! Üstəlik özünün bir cüt xırda nəvələrini də məyus etmək Məmalik üçün qeyri-mümkün idi! Bu xırdalar Həlaku sicillisini daşısalar da, Məmalikin özü üçün də az-azacıq əziz deyildilər! Onlar hələ məsum uşaqlar idi, nə ədəbaz Ərşada, nə də qaradinməz Gurşada bənzəmirdilər. Xırda nəvələr Məmalik babanı Həlakudan da artıq sevirdilər. Onlar Məmaliki az gördüklərindən qəribsəyirdilər. Düzünə qalsa, Məmalik dədə-baba düşməni Həlaku sicillisini sevməsə də, bu xırda nəvələrinin məhəbbətini ürəyində gəzdirməmiş deyildi!.. Bütün həlakuları geri qaytarmaq, Məmalik üçün xırda nəvələrini də qapıdan qovmaq demək idi. “Bəs indi bu müşkülatı necə həll etmək?!”.

Məmalik xan atının dıraqlarından tər axan, şişpapaq, eşməbiğ, müsəlləh çapara etina etmədən əndəruna döndü, körpənin beşiyini asta-asta yırğalayıb, ona həzin layla çalan, ancaq hansı hisslə isə qəm dəryasına qərq olan Məhtabana üz tutdu:

– Yenə sənə nə olubdur, qız?

– Xan, ürəyim birdən qısıldı!

– Bu daha ruzigar olmadı ki!.. – Məmalik xan Məhtabana irad tutdu, amma onun qəlbinə toxunmaq istəmədiyindən tez də sözünün ahəngini dəyişdi. – Sən lap ağlar-gülər Savalan baharına dönmüsən, qız!

– Kaş biz də bu daş hasarlı tağbəndli sarayda yox, Savalanda olaydıq, xan!

– Onda qiyamçılar sənin qocanı Savalanın ən uca palıdından başıaşağı asardılar!

– Mən sənə sədəmə toxunmağa qoymazdım! – O, müti mehribançılıqla ərini süzdü. – Mən sinəmi sinə süpər edərdim! Onlar fədai qızını adlamazdılar!

– Sən şirin nağıl danışırsan, qız! – qoca ər cavan xanımının pərişan saçlarını sığalladı, o üz-bu üzündən də öpdü. – Sən mənim məbədgahım, Məkkəm, Mədinəmsən, Məhtaban! – Xan dərindən köks ötürdü. – Səd heyif ki, bizim nəşəmizi xələldar etməyə gəlirlər...

– Kimlər?

– Həlakular!

– Yəni onlar yenə də bizim Ərdaha eli ilə qanlı savaşa girişmək həvəsindədirlər?

– Savaş olsaydı, nə vardı ki! – qoca xan nəfəsini dərib bir qədər də qeyzlə əlavə etdi: – Onda ölən meydani-cəngdə ölər, qalan da ağ-aşkara sağ-salamat qalardı!

– Yox, xan əsla, yox! – deyə sanki Məhtaban qanlı ədavətin arasına girdi, – qoy qan tökülməsin, xan! Daha Ərdaha ilə həlakular arasında, o tərəfdən, bu tərəfdən gələn qoşunlar arasında qanlı döyüşlər olmasın, xan!

– Qoşunlarımız üz-üzə gəlsəydi, bundan yaxşı idi!..

– Xeyr, sən adil ol, qoy əbəs yerə qan axıdılmasın!..

– Axır, qız, açıq müharibə gizli davadan xeyli asandır, bunca üzücü-yorucu deyil!

– Sən sözlü adama oxşayırsan, xan!

– Bəli! – Məmalik xan çaparın gətirdiyi bəd xəbəri xanımından gizlətmədi, ondan bir söz soruşmadan öz-özünə söyləndi: – Bircə Ərmağanın iki balacası olmasaydı, düşmən həlakuların hamısını üzüqoylu qaytarardım!

– Xan, heç qonağı da qapıdan, ya yarı yoldan qaytararlarmı?

– Əgər ürəyin istəmirsə, onda necə?

– Canını dişinə tutmalı olsan da, gərək öz paxırını açmayasan, qonaqdan da əqdəm, doğma qızını qapıdan qovmayasan!

Məhtaban Ərmağanın gəlişinə razı olmasa da, qocasını qınadı, xeyli söz-söhbətdən sonra onlar istər-istəməz həlakuların yolunu gözləməli oldular. Ancaq Məmalik bu barədə heç kəsə bir sərəncam vermədi...

– Xan, bəs istiqbal üçün sərəncamınız?

– Nə istiqbal, nə sərəncam, qız?

– Bəlkə darvazadan başlayıb imarətin qapısına qədər payəndaz döşəsinlər, hə?

– Yox, qız, mən daha bacardıqca ürəyimin səsinə qulaq asmaq istəyirəm, mümkün olduqca riyakarlığa yol vermək istəmirəm!

– Siz ki, qohumlarınızı qəbul edirsiniz!

– Məcburam, qız, məcburam!.. – Məmalikin çuxura düşən xırdaca gözləri qəzəblə ağardı. – El içində məcburam! Leyk boğazdan yuxarı, dilucu!..

– Xan, bu lap ağ-aşkara soyuqluq olar, qohumlar küsüb gedərlər!

– Belə qohumlar birdəfəlik küsüb xarabalarına dönsələr yaxşıdır!

– Axır, xan, biz danışdıq ki, arada ədavət olmasın, bica yerə günahsız qan tökülməsin?.. Bir də siz öz xələfinizə görə fəqir-füqəraya ehsan verməyə, rəiyyətə-rəncbərə güzəştə getməyə, oğlunuzun şərəfinə bol-bol süfrələr açdırmağa, sülh yolunu tutmağa başlamısınız!

– Ancaq öz xanlığımda, öz xanlığım üçün!

– Xan, axı, siz xanların ədavəti fəqir-füqəraya, rəiyyətə, rəncbərə qan bahasına başa gəlir!

– Mən onu indi daha yaxşı başa düşürəm!

– Əgər ürəkdən belə isə onda böyük xanı yeganə oğlunun başına and verirəm ki, bir daha Savalan ətəyində tüfənglərin işə salınmasına yol verilməsin!..

– Bə çeşm, xanım! – sanki qoca xan tonqalların ordan-burdan qalxan alovlarını tapdayıb söndürməyə çalışdı. – Mən yeganə oğlumuzun, xırda Məmalikin qıvrım saçlı başına and içirəm ki, qonaq düşmən də olsa, özümü səbirli, təmkinli aparmağa çalışacağam!

– Xan, onda buyurun yola fərş döşəsinlər!

– Həlakular buna layiq deyil, qız!

– Nəvələrinizin, qızınızın qədəmlərinə fərş döşəsinlər!

– Onlar da çoxdan həlakudur!..

– Xan dəqiqədə bir öz əqidəsinin ziddinə gedib burulğanlarda boğulmasın!

– Xeyr, mən aylı gecədə, ayna göldə öz cananımı görəndən bəri dəyişməyə, düzü başqa xan olmağa başlamışam!

– Əsla! Xan hər necə ciddi-cəhd etsə də, öz zülmkar xanlıq fitrət və təbiətindən biryolluq çıxa bilmir!

– Görünür, fədai qızı Məhtaban Məmalik xanla açıq-aşkar qaşıq döyüşünə girişibdir!

– Bəli, xan, rəiyyətinki ancaq ağac qaşıqdır, savaş düşəndə onunla da döyüşə bilir!

– Mənim ağıllı xanımım, mənim kamallı Məhtabanımı!.. Mən heç güman etməzdim ki, Məhəmməd yetimçəsi belə tədbirli olsun. Xan birdən ürəyinə xof düşmüş kimi hər iki əlini göyə qaldırdı. – Xudaya, sən bizim xanımanımızı dağıtma!.. Xudaya, sən bizim əmlak-əmvalımızı qohum cildində bizə gələn, mübarəkbadlıq üçün təşrif gətirən, ancaq əslində dədə-baba düşmənimiz olan həlakulara qismət eləmə!..

– Xanın oğul varisi, öz oğlu vəliəhdi var!

– Xudaya, sən bizim oğlumuzu öz amanında saxla!..

Xanın səsi titrədi...

– Siz ağlayırsınız, xan?! Özünüz hər vaxt məni qınayırdınız?!

– Qocalıq ağladır, qız! Ömrün vəfasızlığı, qolların qüvvətsizliyi ağladır! Bu həlakularla döyüşdə qol-qanadımızın qırılmağı məni kövrəldib ağladır? Xudaya, sən bizim İranı nə qədər ziddiyyətli yaradıbsan, mən biçarəni də onun içində!.. Bax, əgər mənim ürəyim balaca tifilim üçün nanə yarpağı kimi əsirsə, həlakular qanına qarışan qırçınsaç, səkkiz-on yaşlı nəvələrim üçün də eləcə əsir... Qızım Ərmağanı isə heç görmək istəmirəm. Çünki Ərmağan indi əsil həlakulardan yüzqat bedtər olubdur...

Məhtaban öz otağına girdi, oyanıb dodaqlarını sovuran körpəsini götürüb, göz yaşları axıdan xanın qucağına qoydu. Qoca qundağı görən kimi ovundu.

– Mənim Tanrım! – deyə o, dizləri üstə düşüb körpəni titrəyən əllərində başından uca qaldırdı. – Xudaya, mən qocalmışam, səndən sonuncu Məmalik varisini boya-başa çatdırmaq üçün möhlət istəyirəm!..

Gözlərindən bir gilə də olsa yaş axmayan, ancaq ürəyi qopmaq dərəcəsinə gələn Məhtaban bu heyrətamiz ziddiyyətin qarşısında mat qaldı. Nə körpəsini qocasının əlindən ala bildi, nə də qocasının qolundan tutub ayağa qaldıra bildi. O, özlüyündə:

“Xudaya, xan evinin çölü necə şəşəli, içərisi necə ilan-əqrəbli imiş!” – deyə üzüstə çarpayıya düşdü.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

X

Ancaq bu qaralıq elə bir qara hiyləgər cilddə gizlənmişdi ki, Şükran görə bilmirdi. Onun gözlərinə qaranlıq çökdüyündən, heç nəyi görməyi, seçməyi bacarmırdı. Hər necə olsa da, daha Şükran üçün döndü yox idi. Hər necə qaralıq çəksə də, o görürdü ki, Ulduz çox yamanca dolaşıqdadır. O yıxılmaq, boğulmaq, ölmək təhlükəsindədir. O, gözə görünməyən qara qüvvənin əlində əsirdi. Yox, buradan dönmək, qara daşın daldasından çəkilmək olmazdı!..Şükran sağ əli ilə gözlərini bərk-bərk sildi, sanki qara pərdələr azazacıq da olsa çəkildi, Şükranın gözləri ayazıdı, nə isə atası Göyalı, anası Qaratel, yeddi bacı, yeddi bacının balaları göz qabağına gəldi. Sanki onlar hamısı birdən səsləndi, birdən qışqırışdı: “Özünü bəladan qoru! – dedilər. – Şükran, özünü şeytan işinə qurban vermə, Şükran, bizi ağlar qoyma!..”

2 min
XI

Şükranın ölüm xəbəri ildırım itiliyilə hər yana, Göyən oymaqlarının hər yerinə yayıldı. Eşidən, bilən dizinə döydü. Hamı yanıb-yaxıldı. Yaylağa qalxmayıb Göylər oymağında qalanlar çox tezcə Göyalı ilə Qaratelin görünməzin müsibətinə şərik oldular. Onlar Göyalı külfətinə qarışdılar, uşaqlı-böyüklü qara daşın dibinə tərəf axışdılar. Yelqanadlı, ağçuxalı, gümüş xəncərli, qırmızı məsli Şükranı yerdə sərili gördülər. Şükranın papağı kənara düşmüş, ancaq onun şəvə saçları səliqəsini pozmamışdı. Şükranın anası Qaratel oğlunun bir kənara düşən təpəsi güləbətinli ağ papağını götürüb bağrına basdı, sonra da papağı oğlunun sinəsinə atıb öz qırışıq üzündə sağ-islahat qoymadı. Ağqoyunluların adətincə ərgən igid öləndə anası üzünü öz dırnaqlarıyla didişdirməli idi. Ancaq Qaratel üzünü didişdirməklə qalmadı. O, sifətini sivirib sinəsinə tökdü. Haraya yetirən bacının heç biri bədbəxt anadan geriyə qalmadı. Bir an içində onlar öz gözəlliklərini tək qardaşlarına qurban verdilər. Göyalının oğlan, qız nəvələri, ucaboylu-ucaboylu yeznələri də bir-birinə qarışdı. Göyalı özü bir an içində büküldü, kişinin beli doqqalandı. Kəmfürsət qocalıq öz qılıncını çəkib kişinin boynuna qoydu. Şükranın ölümü xoşbəxt ailəni birdən-birə bədbəxtliyə düçar edib, yetimləşdirdi. Başqaları da yetimləşən külfətə qoşuldu. Elə bil ki, hamının bir tək oğlu, ya qardaşı qəflətən öldürülmüşdü. Bu hadisə bir tək Göyalı ailəsi üçün deyil, bütünlüklə Göyən obaları, Ağqoyunlu eli üçün bir müsibət kimi səslənməyə başladı. Ağqoyunluların aranı, dağı az müddət ərzində bir-birinə dəydi. Ayağı yer tutan yola düşdü. At-dəvə belinə qalxan daşlanıb Göylər kəndinə gəlməyə başladı.Qara daşın dibindən götürülən, Göyalının eyvanında qoyulan Şükranın cənazəsi dövrələndi, dam-daş əhatə olundu. Adamlar çoxaldıqca dalğa-dalğa genişləndi, baş-başa verən, çeşmə üstündə ucalan qollu-qanadlı çinarların altı adamlarla doldu. Başbilən Ağqoyunlu ağsaqqalları uşaq kimi ağlaşdılar. Öz ömürlərində çox toy və yas görən kişilər belə tablamayıb, hönkürüb hönkürüşdülər. Hər tərəfdən dəstələnib gələn qara geyimli ağıçı arvadların ağıları sümükləri sızıldatdı. Ağıçılar hələ də üzünə qara yaylıq çəkilməyən Şükranı bir qəhrəman igid kimi oxşadılar. Onlar nəinki indiyə qədər el içində yaranan ağıları yaraşdırdılar, özləri də Şükranı oxşayan ağılardan qoşdular, ağladılar. Axı, heç kəs Şükranın öz Ulduzunun belindən belə yarımçıq yerə salınmasına qıymırdı. Yaxın da, uzaq da Şükrana ürəkdən göynəyirdi, ürəkdən sızlayıb, ürəkdən ağlayırdı.

7 min
XII

Yuxarı dağlardan yük-yük buz gətirdilər, Şükranın dəfni Ağqoyunlu adətinin ziddinə olaraq üçüncü günə saxlanıldı. Nə Göyalı ailəsi, nə də Ağqoyunlu eli bu gözəl-göyçəklikdə oğlanı tezcə torpağa tapşırmaq istəyirdi.Alnından axan qana baxmayaraq, sanki Şükran həyata dönmək üçün yuxuya getmişdi. Baxan adama elə gəlirdi ki, Şükran ayılacaq, ayağa duran kimi gözlərini silə-silə Ulduzu soruşacaq, əhvalatı eşidincə Ulduzun əfv olunmasını diləyəcəkdir: “Hər nə olubsa, keçibdir” – deyə bu ağır cinayətin üstündən ötəcəkdir... Axı, adətə görə ağqoyunlularda doğruçu dostlar bir-birinin yolunda başlarından keçmişdilər. Dost dostu düşmən girinə verməmək üçün ölümə getmişdir. Şükranla Ulduz da belə dostlardan deyildilərmi? Heç bir kəs təfsilatı bilməsə də, Şükran bilməmiş olmazdı və doğrudan da bilmişdi, necə də qara mozalan bu aranı qarışdırdı, necə də o öz qəsdinə çatmaq üçün Ulduzu acıda-acıda özündən çıxardı, Şükranın özünü də belə qəzəbləndirdi. Axı mozalan qəsdən çovurdu, öz qəsdinə görə Ulduzun dəmir nallı təpiyini Şükrana tuş elədi. Özü də Ulduzun bu hərəkəti çox yamanca bir müsibət gətirdi. Elə bil ki, qəflətən ox kamanından çıxdı, qardaşın oxu qardaşın ürəyindən keçdi.

7 min
XIII

Axı Şükranın ölümü heç də adi ölüm deyildi. Bu müsibət idi, faciə idi, qəhrəman ölümü idi. Şükranın qəhrəmanlığı yol kəsənlikdən, baş kəsənlikdən, basqın etməkdən, qan tökməkdən ibarət deyildi. Şükranın qəhrəmanlığı tamam xeyirxah, nəcib insan qəhrəmanlığı idi. Şükran at ötüşlərində, cıdır çapışlarında ardınca ağçuxalılar, ulduz atlılar dəstələri gətirməkdə, toy-nağaranı gücləndirməkdə, Göyən yallılarını genişləndirməkdə birinci idi, başbilən idi, başçı idi! Şükran öz hərəkəti, öz rəftarı, öz cəsarəti və çevikliyi ilə adamları yaxşılığa, bir-birini sevməyə səsləyən insanpərvər idi, insan idi. Şükranda yaxşılıqdan istənilən qədər tapmaq mümkün olduğu halda, onun pisliyindən, pis əməllərindən heç bir, cüzi də olsa, tapmaq mümkün deyildi, çünki Şükran pis olmamışdı, heç kəsə də pislik etməmişdi. O vaxt at ötüşlərində möcüzələr göstərən Şükrana el-oba mərhəba deyirdi, Sevgili də gəlinbacısı ilə Şükranla toy etməkdən danışırdı, sevinirdi, yerə-göyə sığmırdı.Bəs indi? İndi ulu Tanrı gör nə edibdir? Qara libasa qərq olan Sevgili indi nə deyirdi? Sevgilinin qonşusu həmin gəlinbacı – oğlunu Şükranın özü qucağına alan, Ulduzun belinə qaldırılıb gəzdirilən Gülnaz nə deyirdi? O, Şükranın matəminə heyifsilənə-heyifsilənə gəlməmişdimi? Bəli, heyifsilənməkdən artıq yana-yana gəlmişdi. Gülnaz oxu daşa dəyən Sevgilinin nə çəkdiyini bilirdi. Sevgili tək bircə kəlmə də olsa Şükranla kəsməmişdi. İndi tabutda uzanan, yanlarına buz yığılan Şükranı nə dindirmək, nə də ona Sevgili barəsində bir işarə etmək olardı! Misilsiz şuxluq və cəsarət, çevikliklə Ulduzun belində oynayan oğlana indi nə söyləmək olardı? Sevgili ürəyindən keçirirdi: “Mən qara saçlarımı ağ hörəcəyəm! – deyə and içirdi. – Heç bir yana getməyəcəyəm, heç bir oğlanın üzünə baxmayacağam. Mən səni sevmişdim, Şükran! Yenə, torpaqda da səni sevəcəyəm. Sən öz sevgini qurd ağızlı torpağa apardığın kimi, mən də öz sevgimi elə bu torpağa aparacağam!”

2 min

Poems by other poets