Page 3 of 3 · 67%

Onda kimdi dirini qoyub, ölüyə havadar çıxan! Ölülər, ölsünlər!.. Qoca xan biqeyrətlik, bişərəflik yükü altında əzildiyindən, özünə süni varis düzəldib rüsvayi-cahan olduğundan, durub arvadını da, zinadan əmələ gələn oğlunu da, özünü də, amansızcasına zəhərləyibdir. Qəzəbə dolan xan şəmadət yükü altında əzilmək istəmədiyindən öz-özündən amansız intiqam alıbdır!.. Kimdir İranda Ərmağan Həlakunu məhkəməyə çəkən? O hansı məhkəmə, hansı hakimdir ki, bu məmləkətdə gurul-gurul rüşvət almaya, külli miqdarda qazanc götürüb, bigünah qanun üstünü basdırmaya?!. Qoca qocalmışdı, öləcək idi, daha qurdla qiyamətə getməyəcəkdi ki?!. Vaxtında ölüm şərbətini içmək şərtdən deyilmi?! Vaxtında ölməmək, öz gözlərini döyə-döyə qalmaq, bədbəxtliyə, rüsvayçılığa, şərəfsizliyə düşmək deyildimi?

İndi Ərmağanın qolları üstündə bixəbər yatan körpə kimə oxşayır? Bunda qoca atasından nişan vardırmı? – Ərmağan mirqəzəb zəhmi ilə öz qurbanlığına baxırdı. – Bəli, vardır, özü də az-azacıq yox, çox-çox vardır! Xarici xanım deyən kimi, burnu, dodağı, qaşı, sir-sifəti qoca Məmalikin özüdür!.. Ərmağanın öz uşaqlığıdır! Axır Ərmağan da sir-sifətdən anası Sərəncama deyil, xanın özünə, bütün cizgiləri ilə onun cavanlıq çağlarına oxşayırdı... Necə, necə olsun?.. İndi Ərmağan özünə, öz uşaqlığına əl qaldırsınmı? Öz-özünü öldürsünmü?.. Quran, bəs Quran? Quran Ərmağanı yandırıb qaraltmazmı? Onun əllərini, qollarını şil-şikəst etməzmi?..

Ərmağan qan çanağına dönən gözlərini gəzdirib, əsim-əsim əsən, tir-tir titrəyən əli ilə yaxasında gizlətdiyi nazik iynəni çəkib çıxartdı, birdən qardaşının yumşaq əmgəyinə yeritdi! Uşaq beynində səslənən xırçıltıya gözlərini açıb qatilinin üzünə baxdı. Qatil qardaşının ağzını da, üzünü də, gözlərini də sol əli ilə qapayıb, sağ əli ilə iynəni dərinlərə işlətdi. Sonra da o, qurbanlığını beşiyinə qaytarıb, dişi canavar addımı ilə səssiz-səmirsiz otağından çıxdı. Ərmağan Həlaku ardınca qapını örtüb, əndərun güllüyünə düşdü. Özünü az-az toxtadınca, pirani gülçünü hüzuruna çağırıb, Sərəncamın güllüyünü suvartmağa başladı:

– Əcəb də etdin, qız! – deyə sanki Sərəncamın səsi sağ ikən inşa etdirdiyi birmərtəbəli tağbənddən çıxırdı. – Əcəbdən də əcəb etdin! – Həyula səslənir, həmin gecə qaranlıq dəhlizdə güdükçü olduğundan da artıq qızının qulağına məlun, məşum səsi ilə doldururdu. – Mənim rəxt-xabıma soxulan Məhəmməd qızına belə bir cəza gərəkdi! – Yox, yox, Sərəncam xanımın əcaib həyulası qızının qulağından üzülmək istəmirdi. – Qoy əncümənçi Məhəmmədin nəvəsinə qalan əmvali-əmlak sənin bətnindən doğulan xan balalarına – Ərşadla, Gurşada, İldırımla Şümşada qalsın!.. Qoca atan yetmişində sərsəmləyibdir!.. Qoy qoca aşiqə belə bir zərbə dəysin, ağır əmud onun belini qırsın!..

Ərmağan xanım anası həyulanı – kabusu görməmək, onun amir və aramsız səsini eşitməmək üçün xaricdən gətirilən rezin borunu pirani bağbanın əlindən alıb, güllüyü sulamaqla Sərəncamın xıxıltısı altında zəbanə çəkən cəhənnəm kürələrini söndürməyə çalışdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXII

Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda

194420 min
XXXIII

Murtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:

19447 min
XXXIV

Yavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..

194413 min
XXXV

Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!

19448 min

Poems by other poets