Bənzəməz
Üfüqlərdən günəş qalxır bayrağımtək hər səhər,Yad ellərin səhəri bu səhərimə bənzəməz.Bu dünyada məncə min-min gözəl şəhər yox deyil,Yox, heç biri bu xəzrili şəhərimə bənzəməz.
Hamı bilsin, bu sirri mən çoxlarına açmışam,Şair kimi dövranıma min bir mahnı qoşmuşam.Səfər vaxtı dənizlərdən, ümmanlardan aşmışam,Heç bir dəniz, heç bir ümman Xəzərimə bənzəməz.
Sevgilimi o sahildə mən görmədim bu ay da,Deməyin ki, sənin acı fəryadından nə fayda.Yarı canım bu taydadır, yarı canım o tayda,Yer üzündə heç bir kədər kədərimə bənzəməz.
Süleymanam, bu dərd mənim ürəyimdə yaradır,O sahildə qan qardaşım yaman bəxtiqaradır.Yaxşı ki, mən hələ sağam, qələm yazır, yaradır,Heç bir dəftər mənim sinə dəftərimə bənzəməz!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-benzemez
Use ← → keys to move, R for a random poem
More by this author
Qoy bütün aləm gəlib görsün, nigarım rəqs edir.Rəqs edir dünya gözümdə, iftixarım rəqs edir.
Bəlkə də...Zəhmət eşqindən gələn namuslu ad-san yaxşıdır.Min kərə “mən-mən” deyəndən sadə insan yaxşıdır.
Gözəllər gözəlinəEşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, –Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Bilmədin sən qədrimiBilmədin sən qədrimi, ey nazlı canan, bilmədinÇəkdi min dərd, min cəfa hicrində bu can bilmədin.
Poems by other poets · Nature and spring
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Gəraylı: Görə bilməm ariziniGörə bilməm arizini,Tutubdur sər-basər zülfün,
GülÇün olur fəsli-bahar, eylər özün izhar gülƏndəlib məstü xabından qılar bidar gül
Ey dil, oyan, göz aç, keçib ömri-cəvan hanıEy dil, oyan, göz aç, keçib ömri-cəvan hanı?Bel bağlama cəhanə, vəfayi-cəhan hanı?