Bəs nə deyim?
Sevgilim, mən sənə canan deməyim, bəs nə deyim?Canıma canına qurban deməyim, bəs nə deyim?
Öz canından, nəfəsindən canıma can verdin,Gündə min dəfə sənə can deməyim, bəs nə deyim?
Sən baxarkən mənə bəzən elə küskün-küskün,Oldu can mülkü pərişan deməyim, bəs nə deyim?
Dikilib gözlərim həsrətlə vüsalın yoluna,Gəlməsin könlümə hicran deməyim, bəs nə deyim?
Sən canımsan, ciyərimsən, gül açan baxtımsan,Olmuşam hüsnünə heyran deməyim, bəs nə deyim?
Yanmayan eşq oduna qədrini bilməz eşqin,Gəl mənim eşq oduma yan, deməyim, bəs nə deyim?
Yox mənim başqa gözəllərdə bilirsən ki, gözüm,Səni istər bu Süleyman deməyim, bəs nə deyim?
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-bes-ne-deyim
Use ← → keys to move, R for a random poem
More by this author
Vətən hədiyyə edibdir bu iftixarı mənə,Odur, o, sevdirən ömrümdə ilk baharı mənə.
XatirəVuruldum gəncliyimdə Xəzər gözlü bir qıza,Səhər gözlü bir qıza!
O qızdırDeyirlər ki, o qızın nəyinə vurulmusan,Bilmirik niyə görmür gözəlləri gözlərin?!
Məhəbbət olmasaydıBu həyat kitabımın artdıqca varaqlarıÖmrümün ağacından yarpaqlar bir-bir düşür.
Poems by other poets · Love
Hər zaman ki düşər başdan ayağa,Olur qədin ilə bərabər zülfün,
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
HeyHicran yürüş etdi, qəm aldı canım,Ağlar gözüm, qanlı yaşlar tökər hey.
باده از خم ارادت بسعادت آمدوقت ایمان شد و هنگام شهادت آمد