Vətən hədiyyə edibdir bu iftixarı mənə,Odur, o, sevdirən ömrümdə ilk baharı mənə.

Səhər qızılgülün eşqilə nəğmələr oxuyarBaharımın sarı köynəkli bəstəkarı mənə.

Hər axşamüstü gözəl müjdələr verər, ey dil,Günəşli göydə uçan durnalar qatarı mənə.

Süleymanam, bilirəm hər kəsin mən öz dilini,Nəsihət eyləmə duzsuz dilinlə barı, mənə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love