Hardasan?
Hardasan, ey ilk baharım, hardasan?Nazlı yarım, şux nigarım, hardasan?Pəncərəndən gəlməyir əsla işıq,Qalmayıb səbrim, qərarım, hardasan?Gözlərimdən quş kimi uçmuş yuxum,Getmiş əldən ixtiyarım, hardasan?Surətin bir an gözümdən getməyir,Hardasan olmuş şüarım, hardasan?Sübhü açdım gözlərimlə, yatmadım,Hardasan, Təbrizli yarım, hardasan?
Təbriz, 1942
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-hardasan
Use ← → keys to move, R for a random poem
More by this author
Üzünü görmədiyim illər gəlib ötüşdü,Bəxtimə bax, nəhayət, vüsal vaxtı yetişdi.
İlk məhəbbətSevib, sevilənlər çox gözəl bilir,Olmayıb vəfası ilk məhəbbətin.
QalsınSevgilim, qoyma dilimdə nə şikayət qalsın,Nə də könlümdə, gözümdə acı həsrət qalsın.
Dil niyə verdin?Deyirsən: “Sevmirəm, çəkil yolumdan...”Bəs keçən il mənə dil niyə verdin?!
Poems by other poets · Love
Ey ağalar, bir yarın həsrətin çəkərəm,Nolaydı Tanrı nəsib edəydi.
Gəzə-gəzə mənAltı yol gəlmişdim, bununla yeddi,Öldüm bu bağçanı gəzə-gəzə mən.
İncimərəmİstər dara çəkdir, istər qul eylə,Qoymuşam əmrinə qol, incimərəm.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,