Sən gözəllər gözəlisən gözəllərin arasında,Qoy üzməsin yelkənimiz ayrılığın dəryasında.Yalnız sənə könül verdim, yalnız səni sevəcəyəm,Fərqi yoxdur olsam da mən dünyamızın harasında!Heç kim səni mənim kimi duya bilməz, sevə bilməz,Surətini gəzdirirəm qəlbimin saf aynasında.Sən o tayda, mən bu tayda, vüsalını istər könül,Hər an səni düşünürəm bu azadlıq dünyasında.Mən razıyam, ömrüm boyu bir könüllü dustaq olum,Hər baxışda min söz deyən gözlərinin adasında.Günlər keçir durnaların payızdakı qatarıtək,Məhəbbətin çiçəklənir ürəyimin yarasında!

Sentyabr 1960

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring