İkinci şəkil
Haman odada gecə, Pəri Cahan süfrə salıb masaya boşqab düzür, yanında Şevkət.
Pəri Cahan. Mən stolu hazır edirəm, sən də o şamları yandırıb düz.
Şevkət. Lap toya oqşayır.
Pəri Cahan. Toy deyil, bəs nədir?
Şevkət. Bu kimin toyudur?
Pəri Cahan. Sənin.
Şevkət. A qız nə danışırsan? Məni kimə verirlər?
Pəri Cahan. Ağaya, özün mollanın yanında razı olmadınmı?
Şevkət. Mən dua oqumağa razı oldum. O duanın adı nə idi?
Pəri Cahan. Siğə.
Şevkət. Hə siğə.
Pəri Cahan. Nə təfavüti var? O da o birisinin tayıdır.
Şevkət. Sən allah doğru deyirsən?
Pəri Cahan (gülür). Yoq zarafat edirəm.
Şevkət. Sənə də siğə oqunanda belə qonaqlıq oldu?
Əlbəttə hətta oquyan, çalan da vardı. Mən də o qədər oynadım ki, ayaq üstə durmağa taqətim qalmadı.
Şevkət. Ah, oynamağı mən çoq sevirəm.
Pəri Cahan. Sən də ağaya de. Məşədi Səfdərqulu qonşusu Şirəlini çağırsın o çalsın, sən də belə nə qədər kefin istəyir oyna.
Şevkət. Pəri Cahan, sən allah doğru deyirsən? Yə’ni ağaya desəm gətirdər.
Pəri Cahan. Əlbəttə gətirdər.
Şevkət. Yaqşı sən də oynayacaqsanımı?
Pəri Cahan. Əlbəttə oynayacağam. İndi gəl gedək səni geyindirim. (Gedirlər, sonra Kərbəlayı Nəbi, Məşədi Səfdərqulu daxil olurlar.)
Kərbəlayı Nəbi. Sənə dedim ki, bu zəhrimarı içmə. Yoqsa işləri xarab edərsən. Genə qulaq asmadın. İndi bu gecə iç nə qədər qarnın dutur.
Məşədi Səfdərqulu (yarım məst). Kərbəlayı, bi yol bunu bil ki, müsəlman arvadı dəyilməyə yaranıbdır. Başı yarılmağa, qabırğaları sınmağa.
Kərbəlayı Nəbi. Elə gərək mənim xeyir işimdə bunu edəydin?
Məşədi Səfdərqulu. Axı a kişi mən nə edim? Sən verdiyin pula bir az zəhrimar alıb evdə içirdim. Arvad da dutdu ki, bəs bu pulu hardan almısan? Bu söz biləmə doqundu. Dedim arvad necə? Mən kişi deyiləm? Mənim cibimdə pul olmaz? Dedi yoq. Sən kişi deyilsən, kişi olsaydın mən arvadın pulu ilə dolanmazdın. Yəqin yenə mənim şeylərimdən satmısan.
Kərbəlayı Nəbi. Əda deyəydin, pulu mənə Kərbəlayı Nəbi veribdir. Dava qurtarardı.
Məşədi Səfdərqulu. Bəs demədim, onda da dutdu ki, sən yalan deyirsən. Sən Kərbəlayıya pul verməkdən Kərbəlayı sənə nə səbəbə pul versin. Mən əhvalatı nağıl etdim. Yenə bədin qızı inamayıb, dedi: Sən məni aldadırsan. O qocalıqda kişi 11 yaşında qulluqçusunu almaz.
Kərbəlayı Nəbi. Yə’ni belə dedi? O qocalıqda kişi?
Məşədi Səfdərqulu. Bəli!
Kərbəlayı Nəbi. Onda əcəb etmisən ki, onun qol-qıçını sındırmısan. Mən qocayam?
Məşədi Səfdərqulu. Bu söz mənim lap biləmə doqundu. Ağacı götürüb nə yemisən turşulu aş. Başın yardım. Qolunu sındırdım, ağlaya-ağlaya bir baş çıqıb getdi.
Kərbəlayı Nəbi. Əda, birdən Qızxanım gedib şikayət zad elər.
Məşədi Səfdərqulu. Allah vurub onu, küsüb yenə xalasıgilə gedər. A kişi onları boşla getsin. Kefini pozma. Kərbəlayı, süfrədə şişə görünmür.
Kərbəlayı Nəbi. Qorqma almışam, ancaq molla Rəhim gələcəkdir. Onun yanında mən içə bilməyəcəyəm. Qoy gəlsin, onu yedirdək, yola salaq, sonra öz kefimizdə.
Məşədi Səfdərqulu. Ha-ha-ha...
Kərbəlayı Nəbi. Əda, a bic. Nəyə gülürsən?
Məşədi Səfdərqulu. Kərbəlayı, o da lotudur. Sən öləsən şarabın küpünə girir.
Kərbəlayı Nəbi. A kişi nə danışırsan? Vay sənin zatına lə’nət a belə molla. (Şevkət daxil olur.)
Şevkət. Ağa!
Kərbəlayı Nəbi. Belə can, nə buyurursan mənim gözəlim, məzəlim?
Şevkət. Pəri Cahan deyir ki, o sənə siğə olanda çalğıçı gətirmişdin. İndi mənə də gətirsənə. Axı mən də oynamaq istəyirəm.
Kərbəlayı Nəbi. Belə mənim bu gözlərim üstə, mənim nazlı balam. Get Pəri Cahana de ki, Şirəlini buraya çağırsın. Tarın da gətirsin. (Şevkət gedir.)
Məşədi Səfdərqulu. Kərbəlayi, qız ilə aranı yaman sazlamısan ha.
Kərbəlayı Nəbi. Sən öləsən məşədi, özümü on səkkiz yaşında cavan kibi hiss edirəm.
Məşədi Səfdərqulu. Şərabdan da vurub qızmış şirə dönəcəksən.
Kərbəlayı Nəbi. Əda məşədi, gərək qızın yanında içməyəm. Yoqsa məndən ürküb qaçar.
Məşədi Səfdərqulu. A kişi sənin toruna düşən haraya qaça bilər?
Kərbəlayı Nəbi. Əlbəttə. Küçələrdə dilənçilik edən bir yetim qızı gətirib özümə arvad etmişəm. Daha nəyə öz vəliyinnəmətinə şıllaq atsın?
Şirəli (əlində tar daxil olur). Salam ələyküm. Kərbəlayı, toyun mübarək olsun.
Kərbəlayı Nəbi. Əleykümessəlam Şirəli. Səndən çoq razıyam. Mənim bu işimdə çoq zəhmət çəkmisən.
Şirəli. A kişi, təki sən belə toylardan tez-tez edəsən, mən də gələm. (Gülüşürlər.)
Məşədi Səfdərqulu. Əda Şirəli, o gor ba-gorun qızı evə qayıtdı?
Şirəli. Qızxanımın qol-qıçalarını elə sındırmamısan ki, bir də xarabana qayıtsın
Məşədi Səfdərqulu. Hələ ona o da azdır.
Şirəli. Kərbəlayı, süfrə ziynətini stolda görmürəm.
Kərbəlayı Nəbi. Bu piyaniskələr məni lap təngə gətirdilər (Şqafı açıb şərab çıqardır.) Ala bu biri, bu da biri, bu da biri.
Məşədi Səfdərqulu. Kərbəlayı bundan Fatıya tuman olmaz.
Kərbəlayı Nəbi. Əda sən doymaz oğlu doymazsan.
Məşədi Səfdərqulu. Kərbəlayı, bunun biri mənim. Biri sənin, biri də bu cənabın. Bəs mollanın payı? Siz öləsiniz mən öz payımdan bir damcı da ona verməyəcəm. Zalım oğlu il uzunu mənim xarcıma içir.
Şirəli. Aşna kişinin haqqında böhtan deyirsən. Mən insafımdan keçə bilmərəm. Pul o yazıqınkı olur, içmək də sənlə mənim. Ona da bir tula payı veririk. Dinə də bilmir; çünki qorqur ki, paxırını açaq.
Kərbəlayı Nəbi. Görürəm siz yaqşı sirr saqlayırsınız. Yəqin mənim içməyimi də ona səyləmisiniz. (Gülüşürlər.)
Məşədi Səfdərqulu. Əlbəttə, sizin içinizdə kişi bir özümü görürəm. Ar-açıq içirəm. Heç kəsdən gizlətmirəm.
Şirəli. Kərbəlayı yenə gözləyəcək adamın var?
Kərbəlayı Nəbi. Xeyir, bircə molla Rəhim qalıbdır.
Məşədi Səfdərqulu. O şarabın qülqüləsini eşidən kibi burada hazır olacaqdır.
Kərbəlayı Nəbi. Onda buyurunuz başlayaq. (Əyləşirlər, fincanları şarab ilə doldururlar.)
Şirəli. Bu piyalanı Kərbəlayının sağlığına içək və arzu edək ki, belə siğələrdən çoq etsin və biz dostları da unutmasın.
Məşədi Səfdərqulu. Sağ ol Kərbəlayı. Bu gecəki kefini allah ömrünə hesab etsin.
Kərbəlayı Nəbi. Sağ olun, əziz dostlarım (İçirlər.)
Məşədi Səfdərqulu. A kişi gör mürtəd qızı mürtəd, nə’ deyir? Kərbəlayı qocadır. İş sinndə deyil, ürək cavan olsun. (Molla Rəhim təğyiri libas daxil olur)
Məşədi Səfdərqulu. A kişi gəl də Kərbəlayının xeyir işində də içməyib hacan içəcəksən?
Molla Rəhim. Əda məni Kərbəlayının yanında biyabır etmə.
Şirəli. A kişi Kərbəlayı əhli-ruhdur. İşlərdən baxəbərdir. Buyur. (Molla Rəhim əyləşir)
Məşədi Səfdərqulu. İndi mollanın payın meydana çıqar.
Kərbəlayı Nəbi. Əda bəs nə fikir edirsən? Nə qədər içirsən iç, dalı bağlıdır.
Məşədi Səfdərqulu. Ha belə de, mən də gülə-gülə içim. Şirəli, mollanın piyaləsini doldur. (Şirəli doldurur.)
Məşədi Səfdərqulu. Bu piyaləni də içək o gözəl xanımın sağlığına.
Kərbəlayı Nəbi. Şair bu sözləri yəqin mənim məzəlicə gözəlimə deyibdir.
Əzizim, gözlərim, canım, üzün göstərgilən aya
O düşsün toprağa, meyrac elə sən ərşi-ə’layə.
Molla Rəhim. Əhsən, əhsən. (İçirlər.)
Şirəli. Kərbəlayı, şərab nə şərab, adama ruh verir. Sağ ol.
Kərbəlayı Nəbi. Nuşi-can. (Piyalələri doldururlar.)
Məşədi Səfdərqulu. Bu piyaləni də dostumuz əhli-ruh molla Rəhimin sağlığına içək. Arzu edək ki, belə-belə hileyi-şər’dən çoq düzəltsin və belə keflərdən də bizi məhrum etməsin.
Molla Rəhim. Əzizlərim, dünyanın ləzzəti iki şeydir. Biri bu şarabdır, biri də zənən. Əbəs yerə şair bunları tə’rif etməyir. Bu iki şeyi dünyadan götür gör yerdə nə qalır.
Şarabın nəhyi biz ürəfa üçün deyil. Avam üçündür.
Şirəli. Kişi haq söz deyir. Şarab, qadın; fəqət şarab Kərbəlayının şarabı kibi kəhnə və qadın da onun zevcəsi kibi on yaşında olmalıdır.
Molla Rəhim. Sağ ol. (İçirlər.)
Kərbəlayı Nəbi (oquyur.).
Zahid çoq eyləmə məni təklifi-cənnətə
Mən qoymram behiştə qədəm nazlı yarsız.
Molla Rəhim.
Saqi kərəm eylə cam gəzdir,
Durma qədəhi müdam gəzdir.
Devrana çoq e’tibar qılma.
Gəzdir qədəhi qərar qılma.
Şirəli. Belə mənim başım üstə. (Piyalələri doldurur.)
Məşədi Səfdərqulu. Bu piyaləni içək, bizim Şirəlinin sağlığına və təvəqqe edək ki, bir az bizim üçün çalsın.
Şirəli. Ancaq bu şərt ilə ki, mən çalım, molla Rəhim də oynasın.
Molla Rəhim. Xayır, xayır mən bacarmaram. O Kərbəlayının işidir. Eşq başına vurmuş. Sən çalsan o davam etməyəcəkdir.
Pəri Cahan. Gəl, gəl vallah mən də oynayacağam. İstəyirsən mən qabaqca oynayım. (Şevkət daxil olur.)
Şevkət. Vay dədə vay, burada çaxır içirlər. Yoq mən istəmirəm, mən gedirəm.
Kərbəlayı Nəbi. Gəl mənim gözəlim, mənim məzəlim. Bu çaxır deyil, qırmızı şərbətdir. Görmürsən molla Rəhim də içir. Molla da heç çaxır içərmi? (Ayaq üstə qalqır piyan kibi yırqalanır.) Gəl mənimlə oynayaq gözəlim.
Şevkət. Sən piyansan, mən səninlə oynamaram.
Kərbəlayı Nəbi. Düzdür mən piyanam. Ancaq çaxırdan yoq sənin eşqindən mənim gözlərim. Adə Şirəli çal. (Şirəli çalır.) Ay qız Pəri Cahan gəl mənnən oynayaq Şevkət baqsın. (Oynayırlar çırtıq çalır, Kərbəlayı Nəbi Şevkəti qucaqlayıb oynamaqa çəkir. Şevkət qışqırır.)
Şevkət. Buraq məni, buraq məni, sən piyansan. Səndən qorquram. (Bu halda Maral xanım, Qızxanım, Əli və iki milis əsgərlər ilə daxil olur.)
Hamı. Vaxsey.
Şevkət. Maral xanım, məni bunların əlindən al.
Maral. Qorqma qızım, qorqma, ay alçaqlar, ay sitəmkarlar bu mə’sumə qızcıqazın başına nə iş gətirirsiniz. Söylə qoca məl’un.
Kərbəlayı Nəbi. Biz, biz bir balaca kef edirdik.
Maral. Bəli bir balaca, yetim qızı da aldadıb özünə gəlin gətirmisən eləmi?
Kərbəlayı Nəbi. Biz onu aldatmamışıq. Öz ixtiyarı ilə mənə gəlibdir. Bunlar da şahiddir. Kəbini də bu molla Rəhim kəsibdir.
Şevkət. Maral bacı vallah yalan deyirlər, bunlar məni aldatdılar ki, sənə dua oquyuruq ki, üzü açıq Kərbəlayının yanına girib çıqa biləsən.
Maral. Bilirəm qızım, hamısını bilirəm, mənə bu Qızxanım söyləyibdir.
Məşədi Səfdərqulu. A gor-ba-gorun qızı gör sənin başına nə iş gətirəcəyəm?
Maral. Sus, alçaq. Sənin cəzan bunların hamısından artıq olacaqdır. Gör öz zəhmətilə sən binamus əri saqlayanın nə hala salıbsan?
Qızxanım. Başına dönüm Maral bacı, məni bu əzdəhanın əlindən al.
Maral. Qorqma bacım, bu əzdəhaları mən bir hala salacaqam ki, sən özün də əhsən deyəsən.
Molla Rəhim. Başına dönüm Maral xanım, bu işdə mənim taqsırım yoqdur. Bu şahidlərin şəhadəti ilə şəriət üzrə mən kəbin kəsmişəm. Hərgah indi qız inkar edir, burada da mənim taqsırım yoqdur.
Şevkət. Mən haçan sənə izn verdim ki, mənə kəbin kəsəsən. Mən siqə oqumaqa razı oldum.
Maral. Ay alçaqlar, görmürsünüz ki, bu mə’sumə qızcıqaz heç siqə nə olduqunu da anlamır. Onu aldadanın biri də bu Pəri Cahan olubdur.
Pəri Cahan. Cəmi taqsır bu qoca kaftardadır. Məni yoldan çıqardan o oldu. Deyir mən Şevkətə aşiq olmuşam. Onun eşqindən dəli olmuşam.
Maral. Onu əqlə gətirərlər. Ay alçaq binamuslar. Siz unutmayınız ki, indi Şura hökümətidir. İndi qadınlar azadədir. İxtiyarları öz əllərindədir. (Əsgərlərə.) Alın bunları.
Pəri Cahan. Məni də?
Maral. Səni də. Haydı.
Hamı. Vay atamızın evi yıqıldı.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-sani-bir-esqin-neticesi-ikinci-sekil
Use ← → keys to move, R for a random poem
More by this author
Drama 3 pərdədə*İştirak edənlər
Birinci pərdəHadisə ilk baharda, böyük mülkədar Əmiraslan ağanın dağ döşündəki kəndində vaqe olur. Kəndin üst tərəfində həsarlanmış əski bir köşk (qala), onun yaxınlığında Əmiraslan ağanın evi. Səhnə Əmiraslan ağanın otağını göstərir. Otağın divarları və səqfi Firdövsinin «Şahnamə» əsərinin qəhrəmanlarının rəsmi ilə müsəvvər, pəncərələrinin şüşələri rənkbərənkdir. Açıq pəncərələrdən dağlar, çay və qala görünür.*Gövhər xanım** (tək). Xudaya, mən nə günahın sahibiyəm ki, məni belə böyük bir bəlaya giriftar etdin? Tam üç ildir ki, gözlərimin nuru, ciyərparəm, yurdumun çırağı, tək bir övladımın həsrətini çəkirəm. Cahankirim, gözəl oğlum, cavan oğlum, başına nə bəla gəldi ki, bu uzun müddətdə gəlib əziz vətənimə çıxa bilmədin? Söyləyirlər ki, Rusiyada inqilabdır. Orada su yerinə qan axır. İnsanlar acından tələf olurlar. Ya rəbbi! Bu tökülən göz yaşıma rəhmin gəlsin. Ey uca tanrı! Ey böyük Allah! Ey cəmi yaranmışın pənahgahı! Oğlumu səndən istəyirəm. Ciyərparəmi tezliklə mənə yetir. (Hadi lələ daxil olur. Gövhər xanım iztirab ilə.) Hadi lələ, nə xəbərlə gəlmisən? Oğlumdan bir şey bildinmi?
İkinci pərdəBirinci pərdənin səhnəsi.*Pəricahan xanım** (yalqız). Ah! Nə dəhşətli xəbər! Nə fəna bir hal! Qırmızı Ordu tərəfindən kəndlər tutulmuş. Kəndlilər də bolşeviklərə qarışıb bəylər üzərinə üsyan edirlər. Bizim rəiyyətə də e’tibar yoxdur. Bu axır vaxtlar xidmətçilərimizin rəftarı bizlə büsbütün dəyişilib. Xanədanımızda ən müti, ən fədakar sayılan Hadi lələ də yox olmuşdur. Yəqin o da bolşeviklər tərəfə keçibdir. Daha bundan sonra kimə ümid bağlamalı? Kimdən nicat gözləməli? Ah, harada qalmısan ey sevgili əmizadəm! Gəl, gəl, meydanda tək qalmış zavallı əmucəmin imdadına çat! Uğrunda göz yaşı tökməkdən kor olan xəstə əmməmin fəryadına yetiş!
Üçüncü pərdəİkinci pərdənin səhnəsi.*Əmiraslan ağa, Mehrəli bəy, Səlim bəy, Muxtar bəy, Heydər bəy, Cəfərqulu, Pəricahan, Molla Sadıq, Hacı İmamqulu oturub müşavirə edirlər.*
Poems by other poets
{| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
VaxtSən gələndə yanıma,istəyirsən daima