Dağlar
Gördüm ilqarını, vüqarını mən,Qartal tək başına qonalı, dağlar.Əyilib su içdim qaynar döşündən,Oldum körpə kimi analı, dağlar.
Köksündə min nemət, zinət bəslədin,Elinə verməyə qüdrət bəslədin.Dosta özün boyda hörmət bəslədin,Qüdrətdən vəfası binalı dağlar.
Sinənə güllərdən xalı düzülmüş,Yaşılı düzülmüş, alı düzülmüş.Üzünə lalənin xalı düzülmüş,Kəklikli qayası xınalı dağlar.
Başının papağı minillik qardır,Əyninin paltarı sal qayalardır.Üzündə dumandan ağ cuna vardır,Gəlin tək ismətli, həyalı dağlar.
Doymaram hüsnünə min şeir yazsam,Ölmərəm, gülünü bağrıma bassam.Ən gözəl əsərsən, ən böyük rəssam,Ey Səttar fırçalı, boyalı dağlar.
İndi sinə dağın gendə qalıbdır,Göz yaşın dumanda, çəndə qalıbdır.Ələsgərin sözü səndə qalıbdır,Sənsən şeir qədər mənalı dağlar.
Tərtərin səsiylə uyuyanda sən,Ürəyim titrəyir bu şirin səsdən.Sanki dədə Şəmşir oxuyur pəsdən,Yuxuya verməyə maralı, dağlar.
Odur, Kürd gözəli çiynində səhəng,Başında güllərdən hörülmüş çələng.Düzləri keçəndə uçur qırğı tək,Şığıyır aşanda o, yalı, dağlar.
Dəstə hörükləri aşırmış geri,Şahanə yerişi titrədir yeri.Bir göz qırpımında qara gözləriOxudu gözümdən sualı, dağlar.
Əlindən su içdim, yandı ciyərim,Dinib-danışmağa varmı hünərim?Razıyam ot olub səndə göyərim,Solmayım gülündən aralı, dağlar.
Yağış çiləməsin, sazaq olmasın,Gözəllər gözümdən uzaq olmasın.Dağların başında bir dağ olmasınMənə ayrılığın bu halı, dağlar.
Qalsın gözü yolda, qulağı səsdə,Gələrəm görüşə axır nəfəsdə.Qoy bilsin, hər zaman başının üstəGəzəcək Tofiqin xəyalı, dağlar!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-daglar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Səbəbkarə şükürBorc verir faizə dost dostuna, əğyarə şükür,Ölüb öldürmə hələ yoxdusa dostlarə şükür.
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,