Gözümə gəlibdir mirvari suyu,Kaş ki, mirvarinin özü gələydi.Gəzdim qəmli-qəmli mən sahil boyu,Mazutlu ləkələr gözümə dəydi.

Bunları törədib hansı bədnəzər?Baxdıqca mümkünmü göz bərəlməsin?Ya göz yaşım kimi durulsun Xəzər,Ya da heç gözümə işıq dəyməsin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets