Qəhrəman Azərbaycanım
Yenə var-dövlətin başından aşır,Şöhrətin dünyanı gəzib dolaşır,Adına, şəninə zəfər yaraşırHər günü bir dastan Azərbaycanım!Ay mənim qəhrəman Azərbaycanım!
Dadlıdır, halaldır çörəyin, duzun,Min nemət yaradır mərd oğlun, qızın,Xoşbəxtsən, parlayır tale ulduzun.Yolları çıraqban Azərbaycanım!Ay mənim qəhrəman Azərbaycanım!
Doğma partiyadır böyük sərkərdən,Sənə təbrik gəlib əziz rəhbərdən,Yüksəlib ucaldın bu xoş xəbərdən –Sevinci bir ümman Azərbaycanım!Ay mənim qəhrəman Azərbaycanım!
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-qehreman-azerbaycanim
Use ← → keys to move, R for a random poem
More by this author
Dedi: – Oxumuram təzə şerini,Xeyli var heç yanda görünmür imzan
Köhnə şeirlərimlə söhbətHəkimlər qadağan edib yazmağı,Dəyirman daşı tək hərlənir başım.
Ay keçmiş cəbhəçiBir cəbhəçi dostuma*Bilirəm, köksüylə cəbhələr yaran
Gərək elə yanım...Deyirsən, hissini bir az cilovla,Bir az mülayim ol, hələ uşaqsan.
Poems by other poets
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
SevdiyimRuşən gecəsində, xoş bir saatda,Namə gəldi bu səhrayə, sevdiyim.
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsunBu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.
Bu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdənBu, bir bürhan durur xəlqə vücudi-vacibi-həqdən**Ey əql dəvani-bəzmi-idrak,