Bəzən iclaslarda durub üz-üzə,Sözlər yağdırırıq zəhərdən acı.Tamarzı qalırıq bir şirin sözə,Görək, kim ödəsin bu ehtiyacı?

Acı söz üyütsək dəyirman kimi,Bu dərddən, azardan çətin sağalaq.Gərək az tapılan bir dərman kimi,Şirin sözləri də aptekdən alaq...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets