Şöhrət
Şöhrət bir sürüşkən, möhtəşəm qaya,Ləl, gövhər parlayır başında onun.Hər qalxan özünü çətin saxlaya,Dərd olur üstündən aşanda onun.
Sürünə-sürünə qalxır ilanlar,Qartal qanad çalıb birdən ucalır.Orda məskən salır layiq olanlar,Nalayiq sürüşüb dərədə qalır.
Kitabxana.az · https://kitabxana.az/en/works/tofiq-bayram-sohret-2
Use ← → keys to move, R for a random poem