Əlacım həkimdə, loğmanda deyil,Nə xeyri sübhəcən yüz dərman atım.Ayrı bir ümiddə, gümanda deyil;Keçir həsrətinlə günüm, saatım.İnan ki, heç kimdə, heç yanda deyil,Sənin əlindədir mənim həyatım.

Sahilə atılan bir balıq kimiQıyma quru yerdə sürünüm, batım.Qış günü geyilən arxalıq kimiQoy eşqin oduna bürünüm, yatım.Yetimə əl tutan analıq kimi,Sənin əlindədir mənim həyatım.

Damlayam, istəsən ümman olaram,Sən də üzə çıxan cavahiratım.Küləyəm, coş desən tufan olaram,Dolaşır elləri şerim, bayatım.İstəsən dağılıb viran olaram,Sənin əlindədir mənim həyatım.

Nə hökmün, fərmanın varsa, tez elə,Ya yerə gömülüm, ya da boy atım.Söndür, külə döndər, yandır, köz elə,Soyuyan qəlblərin hayına çatım.Üzürsən, əlini birdən üz elə,Sənin əlindədir mənim həyatım.

Ömrün çoxu dalda, azı qabaqdaYollarda qalmışam, büdrəyib atım.Dönüb xatirəyə toyum, büsatım.Qocalıq şah olub, əyləşib taxta,Bir ağır səfərdə, bu dar ayaqdaSənin əlindədir mənim həyatım.

Son simi çalınan sınıq tar kimiYaxın gəl, səsini səsinə qatım.Əriyim quzeydə qalan qar kimi,Olsun hərarətin payım-sovqatım.İstəsən yaşayım sənətkar kimi,Sənin əlindədir mənim həyatım.

Mənə çəkdirsən də min bir zilləti,Hər gün pozulsa da halım-ovqatım,Tükənməz könlümün səbri-taqəti,Sənsən xilaskarım, sənsən nicatım.Sən ki, son sözünü demirsən qəti,Güman var eşqinə qovuşum, çatım.Bəlkə anlamısan bir həqiqəti:Sənin əlindədir mənim həyatım,Mənim əlimdədir sənin həyatın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets