Bir cüt qara göz görmüşəm,Zülmətdən qara.Qaralığı işıq saçırQaranlıqlara.Bir cüt qara göz görmüşəm,O gözlər nədir?Bəlkə Qara dənizdən o,İki qətrədir.O gözlərin alovuylaYandı ürəyim.O gözlərə ulduz deyim,Ya çıraq deyim...Səhnəmizdə bir qu quşuSüzür bu axşam.Bir ilahi qız səsindənƏfsunlanmışam.Canı mənim canımdandır,Qanı qanımdan.Lisanımı ayırmıramÖz lisanımdan.Bu səs necə doğma,Necə müqəddəs.Qılıncları atəşiyləƏridər bu səs.Bu uğurlu sevgi kimiQəlbə girir o.Ürəkləri,SərhədləriBirləşdirir o...Bülbülləri lal eləyənBülbülüm hanı?Cəh-cəhiylə salamlasınSevda Aydanı.Deyin, yarıb qaranlığıGəlsin meydana.Həsrət qalıb Qırat ona,Səhnəmiz ona.Azərbaycan torpağınıTitrədən bir səsTorpaq altda qala bilməz,Yox qala bilməz.Bülbülləri lal eləyənBülbülüm hanı?Cəh-cəhiylə salamlasınSevda Aydanı...Türkiyənin gözəl qızı,Nəğməkar qızı.Sən yandırdın ürəyimdəSevda ulduzuElə bil ki, təlatümlüBir Xəzərəm mən,Yollarına çiçək kimiSöz düzərəm mən.Söz düzərəm Bakımızdanİstanbulacan,Sən arzusu çiçəklənən,Eşqin gül açanMillətimin nəfəsiyləƏtirlənmisən.Günəş görüb,Bir ay kimiBədirlənmisən.Gəlişin bir toy-bayramdırGedişin ağırÜrəyində məni səslə.Məni də çağır.Xəyalım bir köhlən kimiÇapar izinlə.Sənə məftun ürəyimiApar özünlə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring