Getdilər
Qasid gəldi yardan xəbər gətirdi,Necə çəkim ol fərağı, getdilər.Aşiq məşuqini qəhrə yetirdi,Çəkdilər sinəmə dağı, getdilər.
Malü-mülkü verib axça aldılar,İlqarı verdilər, buxça aldılar,Barı tərk etdilər, bağça aldılar,Pərişan qoydular bağı, getdilər.
Abbas, cavan ömrün sən verdin bada,Günü-gündən dərdin oldu ziyada,Yedilər, içdilər fani dünyada,Aldılar beş arşın ağı, getdilər.
Kitabxana.az · https://kitabxana.az/en/works/tufarqanli-getdiler
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Məndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.
Nə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmazNə vəhşi könlüm ol ahunigəhdən qeyrə ram olmaz,Nə anın hicrinin nöqsan olan ayı tamam olmaz.
Təcnis: Kəlbin tək qapında payi-bəndəm mənKəlbin tək qapında payi-bəndəm mən,Sanma ki vəfada ya sənəm sənəm,
TillərinA sevdiyim, bizə doğru qədəm bas,Gözləyə-gözləyə qaldım yolların.