Bənd edib zülfünü dildar məni dilgirə
Bənd edib zülfünü dildar məni dilgirə,Bildi divanəsiyəm, saldı yenə zəncirə.
Əbrtək zülf tutub mahi-cəmalın dövrün,Ay tutulcaq, bəli, adətdir, olur şəb tirə.
Ahu gözlüm yenə bir dam qurub zülfündən,Sanki səyyah qurub dami-bəla nəxcirə.
Xaldırmı o iki qaşın arasında düşüb,Ya ki, hindubeçədirmi əl atıb şəmşirə?
Əhd qılmışdı nigarım ki, tökə qanımızı,Biz ki həsrət çəkirik, salmış özü təxirə.
Civətək buteyi-hicrində yanıb məhv oldum,Etmədi heç də əsər ol nəzəri-iksirə.
İstərəm, yarə yazam hicrdə hali-dilimi,Vahida, nitq gələrmi bu çətin təhrirə?
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-bend-edib-zulfunu-dildar-meni-dilgire
Use ← → keys to move, R for a random poem
More by this author
Tale mənə yar olmasa, mən neyləyə billəm?Zövqümcə nigar olmasa, mən neyləyə billəm?
Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Vəfasız eyləyən ol nazlı yarı mən özüməm.Salan nəzərdən o çeşmi-xumarı mən özüməm.
Mən həmişə yarımın zülfün pərişan istərəmMən həmişə yarımın zülfün pərişan istərəm,Ağ üzündə qara xalın, çünki pünhan istərəm.
Nə eybi var, gözəlim, hər nə eyləsən dözərəmNə eybi var, gözəlim, hər nə eyləsən dözərəm,Yolunda həsrət ilə eşq çöllərin gəzərəm.