Bir səbəb yox, demə, rüsvayi-cahan olmağıma,Qönçə ağzın kimi xəlq içrə nihan olmağıma.

Məni, səd heyf, qocaltdı bu gözəllər sitəmi,Yoxdur ümmid dəxi bir də cavan olmağıma.

Qamətin cilvəsi çeşmimdə gəzər, vəchi odur,Çeşmətək hər yana, ey sərv, rəvan olmağıma.

Mumiyanın həvəsi, qönçə dəhanın fikriSəbəb oldu belə binamü nişan olmağıma.

İntizarəm ki, verəm canımı görcək üzünü,Nola, ey gül, bir əlac et nigaran olmağıma!

Ey Müniri! Yanıram eşq oduna, Azərə de,Azər olsa, yanacaq şöləfəşan olmağıma.

Vahidəm, dərdü qəmi-qürbətə tabım yoxdur,Var ümidim yenə ölkəmdə əyan olmağıma.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love