Ey könül, hər kəsə öz istədiyi yarı gərək,Bülbülə öz gülü, öz sevdiyi gülzarı gərək.

Yar üçün aşiq edər naləni, bülbül gül üçün,Hər şeyin, doğru demişlər ki, xiridarı gərək.

Məni əğyar ayırıb sevgili cananımdan,Mən düşən günlərə tanrım sala ağyarı gərək.

Mən ki öz dilbərimin lalə yanağın sevirəm,Mənə dəhrin nə səfası, nə çəmənzarı gərək.

Məncə, dünyada təbiət yetirən bir gözəlinZinəti olmasa da, doğru, düz ilqarı gərək.

Təzəsən, gül kim tərsən, səni hər kimsə sevir,Gözəlim, xalqa baharın yeni novbarı gərək.

Həmdəmin olsa da gülçöhrə, o bir şərt deyil,Həmi xasiyyəti göyçək, həmi rəftarı gərək.

Vahid, istərsən əgər, məclisimiz xoş keçsin,Zülfünün “Orta segah”ı, Paşanın tarı gərək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love