Çürütdük ömrümüzü bivəfalər eşqində,Rəqibə qəmzə satan məhliqalər eşqində.

Sədaqət ilə vəfa aləmində can qoyduq,Vəfadan əl götürən aşinalər eşqində.

Xəyali-vəsl ilə zənciri-zülfə bağlandıq,Rəqibə naz eləyən dilgüşalər eşqində.

Büküldü bel, baş ağardı, qocaltdı qüssə bizi,Bu sərv boylu, bu zülfi-qarələr eşqində.

Bizim nəvayə gələn neydən eşqimiz çoxdur,Biz indi də gəzirik binəvalər eşqində.

Bəlayi-eşqdə hər cövrə dözmüşük, Vahid,Bu daş ürəkli olan dilrübalər eşqində.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love