İstərəm mən o gülü, öz güli-xəndanım ola,O da öz könlünü versin mənə, cananım ola.

Təki canan ilə bir yerdə günüm xoş keçsin,Arizu eyləmərəm bağü gülüstanım ola.

Qıymayan canını aşiq deyil öz yarı üçünMən fəda eyləyərəm yarıma min canım ola.

Gündə yüz yol edərəm canımı qurban o gülə,O da bir yol dolanıb başıma qurbanım ola.

Bu pəriçöhrələrin bircə gözəllikləri var,Sevmərəm heç birin, əldə əgər imkanım ola.

Neyləyim könlümə, bir qoymadı asudə məni,Görüm, ey kaş ki, viran dili-suzanım ola.

Vahid, hər şuxə inandımsa, vəfasız çıxdı,Bu gözəllərlə mənim həşrdə divanım ola.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love