Badi-səba, bir xəbər ver könlümə
Badi-səba, bir xəbər ver könlümə,Ol güli-xəndanım neçün gəlmədi?Xəyalım şəhrini qoydu viranə,Sərvərim, sultanım neçün gəlmədi?
Sərxoş yerişinə qurban olduğum,Görməyəndə dəli-devran olduğum.Mina gərdəninə heyran olduğum,Sərvi-xuramanım neçün gəlmədi?
Qaşı kaman, kirpikləri qəməlim,Ağzı şəkkər, dodaqları yeməlim,Əlvan kəlağaylı, bəyaz məməlim,Sinəsi meydanım neçün gəlmədi?
Mehrabü mənbərim, Kəbeyi-ülyam,Əqlim, huşum, canım, həm dinim, dünyam,Elim, günüm, obam, Misrü Züleyxam,Yusifi-Kənanım neçün gəlmədi?
Nəsrin binaguşlum, bənəfşə muylum,Pərilər tələtlim, məlaik xoylum,Büllur lətafətlim, sənubər boylum,Huriyü qılmanım neçün gəlmədi?
Ağzı xeyir sözlüm, dili diləklim,Tər qollum, ağ əllim, gümüş biləklim,Qarıçqay cilvəlim, tavus bəzəklim,Libası əlvanım neçün gəlmədi?
Vaqif, ilə döndü bir saətimiz,Nə səbrimiz qaldı, nə taqətimiz.Bu gündən belədir qiyamətimiz;Gəlmədi cananım, neçün gəlmədi?
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-badi-seba-bir-xeber-ver-konlume
Use ← → keys to move, R for a random poem
More by this author
Bir zaman havada qanad saxlayın,Sözüm vardır mənim sizə, durnalar!
DodaqlarındanMənim yarım sığallanıb gələndə,Sanasan qan süzür dodaqlarından.
Ey huri liqalım, mələk simalımEy huri liqalım, mələk simalım,Gözəllikdə olmaz kimsə sən kimi!
EvindəDuruban eşqilə güzar eylədim,Bir pərinin oldum mehman evində.
Poems by other poets
— Həsən:Göstərəndə qaşlarının tayını,
RaketlərRaketlər əriyir, gözünüz aydın!Əriyir qəlblərdə o səksəkələr.
Həyat sevgisiAh, mən gündən-günə bu gözəlləşənİşıqlı dünyadan necə əl çəkim?
Başına döndüyümSən gedəli üzüm-gözüm gülmüyorMəndə yoxdur hal, başına döndüyüm