Mənim yarım sığallanıb gələndə,Sanasan qan süzür dodaqlarından.Şölə verir zənəxdanın çevrəsi,Nur tökülür göyçək yanaqlarından.

Gərdən çəkib, tənə qılar qulara,Həsrətindən bağrım dönər sulara,Pərilər evladı derlər bulara,Bular da gözəldir ocaqlarından.

Ağ sinən gözəldir, gərdən gözəldir,Sərasər əndamın birdən gözəldir,Sərv qəddin sənubərdən gözəldir,Qolların, topuğun, buxaqlarından.

Dəhanın sədəfdir, dişlərin inci,Sən məni eylədin ellər gülüncü,Libasın əlvandır, çarqat narıncı,Saçaqlar yaraşır qıraqlarından.

Vaqifin dərdini biləydi yarı,Dərdinə bir dərman qılaydı yarı,Qədəm basıb müdam gələydi yarı,Öpəydim əlindən, ayaqlarından.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets