Bir uşaq əllərinə
Göyündə bir az yana gedən dünyamı öz göyünə qaytarmaqçün mənə güc vermiş balaca dostum Fərid bəyə və Zümrüd xanıma
Dünya səndən bezəndəsən də dünyadan bezibendirərsən başınıyorğun-arğın dizinə,bir uşaq əlləritoxunacaq üzünə.
Söykəyərsən başını,qırış-qırış üzünü,qıyma-qıyma gözünü,itdən-qurtdan,qəmdən-dərtdən,dostdan, tanışdandastan-dastan alın yazınıbir uşaq əllərinə,endirərsən başınıböyük dualar üçünbu balaca əllərə,Böyük andlar içməyə,Günahlardan keçməyəEndirərsən başını.
Haqq qapısın açmağaqanadlanar mələyin,elə bəlkə,ancaq o ələ görəbağışlanar günahın,qəbul olar diləyin.
Ancaq yenə, yenə dəDünya səndən bezəndəSən də dünyadan bezibfit çala-çala gəzibendirərsən başınıyorğun-arğın dizinə,bir uşaq əlləritoxunacaq üzünə.Söykəyərsən başınıo uşaq əllərinə,saxlarsan göz yaşınıo uşaq əllərindən.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-bir-usaq-ellerine
Use ← → keys to move, R for a random poem
More by this author
Mən bütün bunlardan sonra anladım, İlahi, şeir, kitab, söz yoxumuş, yerüzündən göyüzünə min bir yana, hamısı da Sənə doğru sonsuz yollar, sonsuz uçuşlar, sonsuz sevgilər varmış ancaq. Həm də anladım, qanad uçmağa, səs oxumağa, söz yazmağa, insanın özüyçün duası Allaha mane olurmuş. Həm də insan özü duymadan Kainatın lap qırağında, göyüzünün yıxılan, axan bir yerindən heç vaxt görmədiyi, bir qəribə körpə varlıq hər an dönə-dönə dua edir ona... Həm də o sevgili körpə elə bilir dua oxuyan Allah özüdür, o isə ancaq duanın hər insançün hər an bir ayrıca oxunduğunu duyur və buna sevinir.Yıxılırkən özündən başqa hamıya dua açıb sevinənlər, bütün dünyanın üstündə duaları çiçəktək açılanlar, Sizinçün sonsuz göyüzünə
İlahi yolƏn ağrılı, ən ağırçıxılmazdan da çıxmağa
Peyğəmbərin meracıTanrım, O kimdi gedir hey,hay vermir dosta, tanışa
Göyüzünün peyğəmbərin ayağı altına gəlməyiO hara getdi, yürüdü,elə onu görən anda