Şükür! nə çox sevdirdin mənə, Tanrım
Bu göy yağışla kiriməz,kiriməyə daşı durur,bu qəm bu üzdən yeriməz,kirpiyimdən kirpiyimə,kirpiyimdən üzüməyeriməyə yaşı durur.
Sünbüllər aşırar yenəbir-bir dəni dən üstünə,saçım da dən dən üstünə,sünbülləmir, naşı durur.
Hər ağ teli ağ gül sayım,sayım, gülüylə oynayım,hələ beşgünlük dünyanınbeş gününün beşi durur.
Sevməkdən doymuram deyəTanrım məni vermir göyə,Hələ yerdə sevdirməyəTanrının min işi durur.
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-bayatli-oder-sukur-ne-cox-sevdirdin-mene-tanrim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Divine love
Vurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
Bayrağım enərkənSən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
HekayətlərBir oğru bir parsanın evinə gəldi. Nə qədər ki, axtardı, bir şey tapmadı. Ürəyi sıxıldı. Pirhizkarın xəbəri oldu. Bir kilimi ki, onun üstündə yatmışdı, oğrunun keçdiyi yola atdı, ta naümid qayıtmasın.Gilanlı Əbdülqədir, pak olsun onun torpağı, Kəbənin hərəmində üz daşlar üstə qoyub hey deirdi:
Şeyx ŞamilŞeyx Şamil ki bu gün qeyrəti-islam elədi,Nüsrəti bəxş buna izd və yəzdan elədi,