Ay Allah, kömək et mənə,kömək et, ölümdən əvvəl,ZuğulbaylaŞüvəlanın arasındakısahilinəyrisini unudum.Yadıma düşməsinMoskva metrosundanmaya çıxmağım...

Ay Allah, kömək et,kömək et, ölümdən əvvəl,çıxsın beynimdənFüzulinin,Pasternakın şeirləriUnudumatamla gəzdiyim hər yeri...Kəsilsinİçərişəhərdə eşitdiyimqız toyunun qarmon səsi,yox olsun gözlərimdənöküzlərinşaxtadan buxarlanan nəfəsi.Ay Allah, kömək et mənə,kömək et, ölümdən qabaq,bir bulud dapapiros tüstüsünə, divə, Tolstoya,bir də sənə oxşamasın göy üzündə.Kömək et, unudumsevimli valsınson taktlarını...Qoy ölümdən əvvəl,yadıma düşsünVarşava hettosunda oxunanmahnıların bilmədiyim sözləri.Qoy Praqadan götürülüb,dünyada qoyulsunYan Qusungözləri əskiylə bağlanmış heykəli.Qoy qulağımda olsunxunveybinlərin səsi,qoy əzilsin əlimdəyumularkən gözlərim,tapılmamış dərmanın reseptitəkTürkmənçay müqaviləsi...

Ay Allah, kömək et mənə,kömək et, ölümdən əvvəl...

1968

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets