Bir yol görmədim dönməsin,Bir şam görmədim sönməsin.Allah mənə dil veribsə,Niyə danışıb, dinməsin?

Çiçək dərmək istəyirəm,Dəniz görmək istəyirəm,Mən də bir az bu dünyada,Ömür sürmək istəyirəm.

Sinə dağlamaq üçünmüş,Qapı bağlamaq üçünmüş,Gülüşlə başlanan günün,Sonu ağlamaq üçünmüş...

Şimşək niyə göydə çaxır?Çay neçin dənizə axır?Yad gözü heç, öz gözlərimMənə hər gecə yad baxır...1983

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring