Gəlişinə lap az qalıb,Cəmi ikicə saat,Gəlmə, qurban olum, gəlmə,Bu gün də məni aldat...

Unut verdiyin vədəni,Ya da xəstələn yenə,Ancaq gəlmə, qurban olum,Sevinmək düşmür mənə...

Hər gün nəyisə gözləmək,Ömür, gün dirəyimdir,Mənim sevinc, məhəbbət yox,Ayrılıq çörəyimdir...1983

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets