Bu arıq atların kölgəsi qara
Bu arıq atların kölgəsi qara,Günəş şahə qalxıb, torpaq kişnəyir,Mən hara, gördüyüm bu ilxı hara?Hər gün gözlərimə gör nələr dəyir...
Bezikib, lap təngə gəlirəm hərdən,Elə bil hər əzab, dərd mənə qalıb,Sonsuz qadın kimi acı düzlərdən,Hansı qüvvə mənim yolumu salıb?
Buranı göz nədir, qarğış da tutmaz,Burdan yağış qaçıb, üz döndərib qar,Bir səsin dalından o biri çatmaz,Bir səsdən huylanmaz bu arıq atlar...
1986
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-bu-ariq-atlarin-kolgesi-qara
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Haqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
ŞenliyinBir vaxt bu yerlərdən keçib gedibdi,Gəzir ağızlarda sözü Şenliyin.
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.