Sabahdan axşamacan gözüm yolda.Nə bir yoldaş gözləyirəm,Nə qız gözü.Nə kağıza yapışan söz,nə də ki, bir bəxt.Sabahdan gözüm yolda.Nə bir günəş möhürləyən səhər,nə də axşam imzası gözləyirəm.Gözüm yorğun...yorğanları qapanır...

Kimsə yox,heç kimi gözləmirəm.Elə-belə...İstəyirəm indidəngözlərimi yol çəkməyə öyrədim.

Bəlkə lazım olacaq...Sabahdan axşamacan gözüm yolda.Gözləyirəm...

1963

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets