Gəl gedək,yavaş-yavaş,görək nə gəlir başımıza.Yalquzaq canavarlartəkunudaq dəstənin,sürünün nə olduğunu.

Acından ot yeyək,daş gəmirək,Allah rastımızaölü maral,yaralı dovşan çıxaranacan!Səksənəkyarpaq xışıltısından,ürkəkkol qaraltısından.Dalaq səksəkəli yuxuya...Başımızın üstünüilk qış alandaqoy düşsün yadımızadoğma dəstəmiz,baş-başa verib,isinməyimiz.Qoy düşsün yadımızadəstəylə basmarlayıb parçaladığımızceyranın ilıq qanı...Ağlayaq.Ulayaq.Ölək.Amma meşəmizinhər tərəfini,hər ağacını görək...

1969

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets