Sənin bir ahından
Sənin bir ahındanyüz min yel dəyirmanıfırlanar...Sənin barmaqlarınVaryete səhnəsinəlüt - çılpaq çıxmışçöp kimi arıqqız uşaqlarıdır.
Yetişməmiş qız uşaqları...Sənin ahın, barmaqlarındağda təkənin ayağı altdanqaçmış bir daş kimigəlir üstümə.Bilirəm,o daşgicgahıma dəyəcəkəvvəl-axır.Və mən öldüyüm andaalışıb,iki nəhəng məşələ dönəcəktəkənin buynuzları.İşığa qərq olacaqdünya başdan-başa.Və o işıqdagörəcəksən getdiyimi.Gedərkən çiynimləşkafın üstündənyerə saldığımfarfor balerinanınqırıntılarını...Bir ah çəkəcəksən dərindən.O anfırlanmağa başlayacaqyer üzünün yel dəyirmanları.Varyete səhnəsinə çıxacaqbarmaqların yenə.Dirilib,onlara qoşulacaqfarfor balerina.Oynaya - oynayayüz min dəfəadımı pıçıldayacaq sana...
1969
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-senin-bir-ahindan
Use ← → keys to move, R for a random poem