O kənd çağırsa səni,çıxma o kəndin sözündən,uşaqlığın sözünü vurma yerə.Ömrün dolaşıq düşmüş yollarından,qoy heç olmasa, bircə cığır açılsıno kəndin lal, səssiz harayına...Bütün ötən günlərimiz,sükuta dönmüş gedim fəryadıdır,o fəryad gəlib çatammaz qulaqlarımıza,qulaqlarımız sükut eşitməyə alışmasa.Bir ağac, ya bir insan kölgəsiömrün ən işıqlı gününə düşməlidir,düşməlidir mütləq,çoxdan quruyub kəsilmiş bir ağacın,ölüb getmiş bir adamın kölgəsi.Və o kölgəyə ayaq dəyən andaaçılmalıdır uşaqlığın dili,bir kənd çağırmalıdır sənisükuta dönmüş fəryad səsiylə...

1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets