Sizin bağda yuxu varmı,Yağış yağırmı orda?Bizi qışda şaxta vurdu,Cücərmədik baharda.

Keçən yayda çox şey qaldı,Beş-on şeir, tar səsi,Yuxunuza heç girirmi,Körpə uşaq nəfəsi?

Dənizdən çoxmu uzaqdır,Sizin bağınız bu il?Payızda kimsəsiz olur,Yayda qaynayan sahil.

Qapınızı axşam üstü,Döyən olurmu birdən?Ömür deyəsən tez keçdi,Ötən yay olan yerdən...1985

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring