Toplar min-min atılsa da
Toplar min-min atılsa da,Bu sirri Allah bilir,Məndən mənə bu dünyada,Ancaq yuxular gəlir...
Unudulur ən xoş günün,Ən mötəbər qoxusu,Aləmə meydan oxuyur,Adi insan yuxusu...
Ürəyimdən düşən sözlər,Ayaq altında qalır,İnsanı insan gününə,Allah yox, insan salır...
1985
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-semedoglu-toplar-min-min-atilsa-da
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Deyişmə: Dağıstandan gələn gəlin
— Lətif:Dağıstandan gələn gəlin, mən səni qonaq eylərəm,
Qəzəl: Həbibim qəddi-mövzunun əlifdir dal arasındaHəbibim, qəddi-mövzunun əlifdir dal arasındaVücudun Həzrəti-Haq saxlasın iqbal arasında
قوام السلطنه به پیشکار داخلی خود میرزا قاسم خان گویدیک دو روزست دگر دست به کاری نزنی
Hüseyn Ərəblinskiyə(Hüseyn Ərəblinskinin təşhi-cənazəsinə oxunan növhə)Möhtərəm, ey sevgili yoldaşımız mərhum Hüseyn!