Uşaqlarınkağızdan bükdüyüqayıqlar tək dolansa arzularım,qaçaram yer üzünün suyundan, nəmindən.İstəsəm, qaçaramözgə gözlərinin qəmindən,qonşumuzun qara itindən,arxadan səslənən milis fitindən.Qaçaramfilarmoniya konsertlərinin ipəklərindən,su qatılmış pivələrin köpüklərindən,yumulan gözlərdən,açılan dizlərdən,içimi isidənyumşaq nağıllardan,evimizi basmışköhnə jurnallardan.Qaçaram sapı qırılan təsbehlərdən,dolu və boş qədəhlərdən,məscidlərin əzanından,kilsələrin zəngindən,Nizami muzeyinin rəngindən.Hər şeydən qaçaram mən.Amma sənin gözlərindən...

1965

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets